“New York Post” Kennedinin qətlində yeni izlər tapıb – Nikita Xruşşovun əmri ilə öldürülüb?

“New York Post” Kennedinin qətlində yeni izlər tapıb – Nikita Xruşşovun əmri ilə öldürülüb?
Li Harvi Osvaldı şəxsən tanıyan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin generalı Nikolai Leonov, Con Kennedinin Nikita Xruşşovun əmri ilə amerikalı tərəfindən öldürülməsi versiyasının pərdəarxasını açıqlayıb.
 
İki "dahi" Uorren  Komissiyasının hesabatını deşifrə  etdi

"New York Post” qəzeti  22 fevral tarixli  məqaləsində, 1993-1995-ci illərdə MKİ-nin  direktoru olan  Ceyms Vulsi ilə general-leytenant və  fevralın əvvəlində COVİD səbəbilə dünyasını dəyişən, bir zamanlar  Rumıniya Sosialist Respublikasının gizli polisinin rəhbəri vəzifəsini icra etmiş, general-leytenant Lon Mihay Paçepanın  "Əjdaha Əməliyyatı: Kremlin Amerika ilə gizli müharibəsi" kitabının qısa məzmununu təqdim edib.
 
Müəlliflər iddia edirki, Li Harvi Osvald SSRİ Dövlət Təhlükəsizlik Komitəsi zabiti olub və Nikita Xruşşov şəxsən özü ona ABŞ prezidentini qətlə yetirmək əmri verib.  Amma nüvə müharibəsindən ehtiyat edən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Xruşşovu bu fikrindən daşındırıb və əmr ləğv edilib. Buna baxmayaraq, "SSRİ-yə "sevgidən kor olan”amerikalı ilkin planı reallaşdırıb.

 
Müəlliflərə görə, bu versiya ilə bağlı bütün dəlillər Uorren Komissiyasının (sözügedən qətli araşdıran komissiya-red.) 26 cildlik hesabatında yer alıb, amma "dəlillərin  böyük hissəsi  şifrələndiyindən bu günə qədər heç kəs onların mənasını anlamırdı".

Vulsi ilə Paçepanın sözlərinə görə, Osvald 1957-ci ildə Yaponiyada ABŞ Dəniz Qüvvələrində xidmət edərkən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən əməkaşlığa dəvət edilib. 1960-cı ildə məhz onun SSRİ-yə ötürdüyü  məlumatlar sayəsində amerikalı pilot Heri Pauers vurulub, "1962-ci ildə isə çox guman ki, şəxsən Xruşşovun özü ona prezident Kennedinin qətlinə hazırlaşmağı tapşırıb”.
 
"Ona (Osvalda-red.) Sovet xanımı hədiyyə edir və 1962-ci ilin iyununda SSRİ-nin casusu yenidən ABŞ-a göndərilir", amma 1963-cü ildə "SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və ölkə rəhbərliyi Xruşşovun çılğın fikirlərinin SSRİ-inin nüfuzuna xələl gətirdiyini" "və "Xruşşovun növbəti çılğın addımının nüvə müharibəsinə səbəb ola biləcəyini anlayır”.

"Hansı dəlilləriniz var?”

Uorren Komissiyasının məlumatlarını "deşifrə edən" müəlliflər Osvaldın Mexiko şəhərində gizli şəkildə "SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Birinci Baş İdarəsinin Xaricdə baş verən cinayətlərin Araşdırılması şöbəsinin əməkdaşı” "yoldaş Kostikov” adlı "sovet əməliyyatçısı” ilə görüşdüyü qənaətinə gəliblər.
Buna görə də tapşırıq ləğv edildi. Amma Osvald "həddən artıq aludə olmuşdu və başladığı işi sona çatdırmaq istəyirdi”.


Əslində yeni versiyanın bütün "dəlillər”i Osvaldın məktublarından ibarətdir.

1 iyul 1963-cü il tarixli məktubunda Osvald Sovet İttifaqının Meksikadakı səfirliyindən özü, xanımı və qızları üçün viza verilməsini xahiş edir. Vulsi ilə Paçepanın fikrincə, bu onun Kennedini qətlə yetirdikdən sonra  ölkədən qaçmağa hazırlamasından xəbər verir. Kennedinin qətlindən cəmi iki həftə əvvələ təsadüf edən  9 noyabr tarixli məktubunu isə Osvald Moskvadan Mexikoya  qayıdandan sonra yazmışdı. Həmin məktubda o, "yoldaş Kostikov”la görüşünə istinad edir. Vulsi ilə Paçera isə onu "SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Birinci Baş İdarəsinin zabiti Valeri Kostikov” kimi təqdim edir.
 
"Yoldaş Kostikov” danışır...

Hazırda təqaüddə olan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin general-leytenantı, SSRİ DTK xarici kəşfiyyatının keçmiş müavini, tarix elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunn  diplomatiya kafedrasının professoru Nikolay Leonov Pravda.Ru-ya açıqlamasında Vulsi ilə  Paçepanın qənaətlərini "cəfəngiyat" adlandırıb.

Nikolay Leonov Osvaldın "Kennediyə qarşı sui-qəsd cəhdindən bir ay əvvəl" Sovet İttifaqının Meksikadakı səfirliyini ziyarət etdiyini və onunla şəxsən görüşdüyünü təsdiqləyib. Həmçinin əlavə edib ki, amerikalı doğrudan da SSRİ-dən siyasi sığınacaq istəmişdi. Amma bu olayların sətiraltısı amerikalı "tədqiqatçılar”ın təqdim etdiyindən tam fərqlidir.
 
"Mənimlə təkbətək söhbətdə Osvald Amerika prezidenti ilə heç bir şəxsi-qərəzliyi olmadığını söylədi. Odur ki, onun Amerika prezidentinə qarşı sui-qəsd həyata keçirməsi üçün heç bir siyasi marağı yox idi.”, - deyə çekist qeyd edib.

 
Sabiq kəşfiyyatçının sözlərinə görə, Osvaldın psixoloji problemləri vardı. O daim təqib olunduğunu düşündüyündən, üzərində tapança gəzdirirdi və hər an özünü müdafiəyə qalxmağa hazır idi. 
 
Amerikalının səfirliyə gəlməkdə və həmin vaxt səfirliyin üçüncü katibi vəzifəsini tutan Nikolay Leonovla görüşməkdə yeganə məqsədi ən tez zamanda SSRİ-yə getmək idi.

O, bu istəyini  hər an ölüm təhlükəsi ilə üz-üzə qalması ilə izah edirdi. Amma SSRİ-yə qayıtmaqçün çox uzun və mürəkkəb prosedur keçməli olduğu qənaətinə gələn Osvald "bizi bürokrat adlandıraraq bununçün başqa yollar arayacağını bildirdi”.

Kennedi ürəyiyumşaqlıq etdiyinə görə yerli "şahinlər” tərəfindən öldürüldü

Ekspertlər iddia edir ki, Kennedidən "Kubaya qarşı ürəyiyumşaqlıq etdiyinə və raket böhranı zamanı Havananı vurmağa razılaşmadığı üçün qisas alınıb”.
Həmin fikri 2004-cü ildə raket böhranının nəticələrinə dair konfrans çərçivəsində Nikolay Leonovun Kubada görüşdüyü Robert Streync Maknamara (Kennedinin prezidentliyi dövründə  müdafiə naziri olub-red.) da təsdiqləyib.

"Maknamara bizə açıq şəkildə dedi ki, Kennedinin ətrafındakı adamların 70 faizi ondan Kubaya raket zərbəsi endirməyi tələb edirdi. Yalnız o - Maknamra və Ağ Ev əməkdaşlarının  təxminən 30%-i bunun raket-nüvə müharibəsinin başlanğıcı ola biləcəyini anladıqları üçün bu qərarın əleyhinə çıxırdılar”, - deyə Nikolay Leonov bildirib.

"Maknamara prezidentə deyib ki, müharibə başlayacağı təqdirdə heç kəs heç bir Sovet atom bombasının ABŞ ərazisinə düşməyəcəyinə zəmanət verə bilməz. Kennedi isə cavab verib ki, "Mən ABŞ ərazisinə zərbə endirilməsi ilə başlayan nüvə müharibəsinə icazə verən ilk ABŞ prezidenti olmayacağam". Odur ki, məlum qətli zavallı Osvaldın boynuna yıxmayaq, xəstə adam idi”,- deyə ekspert vurğulayıb.

 
Nikolay Leonovun yanında İspan dili tərcüməçi kimi çalışdığı Nikita Xruşşova gəlincə isə, nə onun, nə də bütövlükdə Sovet rəhbərliyinin "terrorla belə yüksək səviyyədə məşğul olmaq fikri olmayıb”

Bütün günahları Rusiyanın boynuna yıxmağı qurtarın

"Bu bütün günahları Rusiyanın boynuna yıxmaq məqsədilə uydurulan əsl cəfəngiyyatdır. Köhnə palan içi eşməkçün, yaxud Rusiyanı uydurma günahlarda ittiham etmək üçün bəhanə gəzirlər. Sovet İttifaqının kabusu bu gün də yuxularına haram qatır. Odur ki, amerikalı müəlliflərə tövsiyəm- uydurmaçılığa son qoyun. Bütün bunlar soyuq müharibənin maraqlarında olan, onun davamı və dərinləşməsi məqsədilə uydurulan şaiyələrdir”,- deyə Leonov qeyd edib.
 
Mənbə: pravda.ru
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...