“Nəticələr hələ karantin şərtlərindən çıxmağa əsas vermir” - Deputat

“Nəticələr hələ karantin şərtlərindən çıxmağa əsas vermir” - Deputat

"Mayın 4-dən sonra bütövlükdə tədris müəssisələrinin bərpasını gözləmirəm".

Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O hesab edir ki, virus yenidən geri dönə bilər, sağalanların sayının çoxalmasına görə arxayınlaşmaq tezdir:

"Mənim gümanım başqadır. Düzdür, mayın 4-dən sonra xüsusi karantin rejimi mərhələli formada və sərt tədbirlər təqribən aradan qaldırılacaq. Bu, gözləniləndir, ancaq mayın 4-dən sonra bütövlükdə tədris müəssisələrinin bərpasını gözləmirəm. Mənim yanaşmam belədir. Ən azı bunu Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində görürük. Orada da göstərilib ki, hər hansı ölkələrdə virusa yoluxma halı olmasa da, yaxud yoluxma və ölüm halları aşağı səviyyədə olsa da, hətta bu halda da karantin rejimindən birdəfəlik imtina etmək doğru deyil.

Mütəxəssislər də deyirlər ki, ən azı bir ilə qədər bu məsələni ciddiyə almaq lazımdır. Ola bilsin ki, bu virus yenidən qayıtsın. Ona görə indiyə qədər ölkə prezidentinin rəhbərliyi ilə bu virusa yoluxmanın qarşısını almaq və az itkiylə bu vəziyyətdən çıxmaq üçün çox ciddi tədbirlər görülür. Hazırkı proseslər də göstərir ki, yoluxanların sayı azdır, sağalanların sayı artır. Biz müsbət tendensiyadan arxayınlaşmalı deyilik. Bu nəticələr hələ karantin şərtlərindən çıxmağa əsas vermir. Ona görə bu məsələlərdə ciddi davranmalıyıq”.

Deputat valideynlərə hazırkı vəziyyətdə daha məsuliyyətli davranmaları üçün müraciət edib: "Onlara demək istəyirəm ki, pandemiyanın geniş vüsət aldığı bir vaxtda təlim-tədris mövzusunda fərdi yanaşmaq düzgün deyil. Sosial şəbəkələrdəki çağırışlara söykənib emosional münasibətlərini düzgün hesab etmirəm. Unutmaq lazım deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etmək lazımdır”.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...