Netanyahudan alimin öldürülməsinə reaksiya: “Bizi gərgin günlər gözləyir\"

Netanyahudan alimin öldürülməsinə reaksiya: “Bizi gərgin günlər gözləyir\
İsrailin Baş naziri Binyamin Netanyahu nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli barədə açıqlama verib.
 
"Sizə demək istəyirəm ki, Yaxın Şərqdə hərəkətlənmə var. Bizi gərgin günlər gözləyir", - deyə baş nazir bildirib.

İran Prezidenti Həsən Ruhani isə "İranın nüvə proqramının atası" kimi tanınan Fəxrizadənin öldürülməsinin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib.

Dövlət kanalında çıxış edən Ruhani "Alim Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətinin dərinliyini göstərir. Onun qətlə yetirilməsi qazandığımız uğurları dayandırmayacaq”, - deyib.

Xatırladaq ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.

Jalə Mehdi
Sfera.az


OXŞAR XƏBƏRLƏR