Netanyahu yenidən məhkəmə qarşısında

Netanyahu yenidən məhkəmə qarşısında
İsrailin keçmiş Baş naziri Benyamin Netanyahunun korrupsiya iddiaları ilə mühakimə olunduğu məhkəmə 3 aylıq fasilədən sonra bugünkü iclasla işinə yenidən başlayıb.
 
Sfera.az xəbər verir ki, vəzifəsini itirərək ana müxalifət cərgələrinə qatılan Benyamin Netanyahu Qüds Bölgə Məhkəməsində baş tutan məhkəmə iclasına qatılmayıb.

Netanyahunun baş nazirlik kreslosundan məhrum olmasından sonra keçirilən ilk məhkəmə iclasında "Wall News” şirkətinin baş direktoru İlan Yeşua dinlənilib.

Məhkəmədə Netanyahunun vəkillərinin Yeşua və digər şəxslər arasındakı şəxsi əlaqələri göstərən sübutları məhkəməyə təqdim etməsi gözlənilir.
Yerli KİV xəbərlərində Netanyahu göstərməyə çalışıb ki, onu təmsil edən vəkillər təkcə onun deyil, bəzi digər siyasətçilərin və iş adamlarının da xəbərlərinin də "Wall News” nəşrində çap etdirilməsini təmin ediblər.

2019-cu ilin 21 noyabrında İsrail Baş prokuroru Aviçai Mandelblit Netanyahunun üç ayrı korrupsiya işinə görə mühakimə olunmasını tələb edib.
Vəzifədə ikən mühakimə olunan ilk İsrail Baş naziri kimi tarixə düşən Netanyahunun ilk məhkəmə iclası 2020-ci ilin 24 mayında Qüds Bölgə Məhkəməsində olmuşdu.

Naftali Bennettin rəhbərlik etdiyi koalisiya hökuməti iyunun 13-də etimad səsi qazandıqdan sonra baş nazir kürsüsünü itirən Netanyahunun vəkilləri, sənədləri və sübutları araşdırmaq üçün daha çox vaxt istəmişdilər. Bundan sonra iyunun 16-da məhkəmə işin təxirə salınmasına qərar vermişdi.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...