Nəsrin ailə qurmaq üçün namizəd axtarır

Nəsrin ailə qurmaq üçün namizəd axtarır

"Yasak Elma'' serialının azərbaycanlı aktrisası Nəsrin Cavadzadə ''Alem'' jurnalına müsahibə verib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, aktrisa müsahibəsində evlilik haqqında düşüncələrini də dilə gətirib.


''Həqiqətən, sevdiyim bir insanla ailə qurub, övlad sahibi olmaq istəyirəm. Çirkin kişilər xoşuma gəlir sözü yaxşı səslənməsə də, mən nə çirkin, nə də yaraşıqlı kişi axtarmıram. Onsuz da, sevgi axtararaq tapılan bir hiss deyil",
- aktrisa qeyd edib.

Bundan başqa aktrisa sosial mediianı bəyəndiyini, lakin tənqidi şərhlərdən çox məyus olduğunu da dilə gətirib.


 

OXŞAR XƏBƏRLƏR