Nəsiminin icra başçısı istintaqda dindirildi

Nəsiminin icra başçısı istintaqda dindirildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 
Sfera.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF" MTK-nın rəhbəri Tamilla İbrahimova ifadəsini davam etdirib.

O bildirib ki, 2012-ci ildə binanın tikilməsinə icazə verilsə də, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki evlərin sakinlərini köçürərək sökməyə başlayıb: "Daha sonra binanın ərazisi torlandı. Amma şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintini saxladı, torları söküb apardı”.

2018-ci il oktyabrın 14-də Türkiyəyə əməliyyata getdim. Noyabrın 5-də mən əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti davam edirdi”.

R.Quliyev deyib ki, onun sərəncamı ləğv edilsə də, tikinti davam etdirilib.

Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Hakim bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs söyləyib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar qeyd ediblər ki, həmin bina Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...