Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur?

Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur?
Türkiyənin "Anadolu" qəzetində xalq artisti, professor Əflatun Nemətzadənin tənqidi məqaləsi çap edilib.

Professor məqladə 1988-ci ildə təmir olunacağı adı ilə çıxarıldıqları və yalan sənədləşmələr ilə aldadıldıqları yaşayış binası ilə bağlı bir sıra faktlar açıqlayıb, məsələ ətrafında araşdırmasını oxucularla bölüşüb. 

Əflatun Nemətzadənin məqaləsinə əsasən, Azadlıq prospektində qaldıqları evin "pilot layihə" formatında təmir üçün bağlanması və sakinlərinin çıxarılması məsələsinə Nəsimi Rayonunun İcra başçısı Asif Əsgərov nəzarət edib. "FƏRƏH" adlı tikinti şirkətinin rəhbəri Yavər Qurbanov isə yenə bu məsələdə adı hallanan şəxslərdən biridir.

Həmin binanın sakinləri nəyə görə 2 il sonra təmir olunmuş evə köçəcəkləri vədi ilə aldadılıblar və bu vədlərin yalan çıxma səbəbi nədir?

Sfera.az-ın məlumatına görə redaktor.az məsələ ilə bağlı Nəsimi Rayonu İcra Hakimiyyətinə zəng edərək mövzunu araşdırmağa çalışıb. Davamlı zənglərimizə baxmayaraq, suallarımızdan yayınan İcra Hakimiyyəti rəsmiləri sonda bizi  Təsərrüfat şöbəsinin müdiri Asim Rzayevə yönəltdilər. A.Rzayev sözügedən maqalə, ümumlikdə məsələn xəbərdar olduqdan sonra nömrəmizi bloklamaqla kifayətləndi. 

Təəssüf ki, dövlət başçısının dəfələr öz çıxışlarında hər bir məmurun xalqın xidmətçisi olduğunu bildirməsi fikirini Nəsimi Rayon İcra hakimiyyəti, icra başçısı Asif Əsgərov kimilər qulağardına vurur. Nəticədə isə xırda bir sosial problem xarici mediada işıqlandırılır, ölkəmizin adına xələl gətirilir. Halbu ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Ümid ediri ki, bu uğura kölkə salan belə məmurlar yaxın zamanlarda tarxin arxivinə qovuşacaqlar.

Mövzunu diqqətdə saxlayacaq, araşdırmamımızı davam etdirəcəyik. Bu baxımdan qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...