Nəsimi rayonunun təhsil müəssisələrində Bilik günü qeyd olunmuşdur

Nəsimi rayonunun təhsil müəssisələrində Bilik günü qeyd olunmuşdur
 
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Nəsimi
rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur.
Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri
aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər
hazırlanmışdır.
Nəsimi rayonundakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada  yeni dərs ilinin
başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və
tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən
İ.Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru, əməkdar müəllim Sevda
Quliyeva  məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki,   Azərbaycan
Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən 2009-cu ildə
Gimnaziya  əsaslı təmir edilmiş və burada müasir təhsil üçün hər cür şərait
yaradılmışdır.
20 yanvar şəhidi İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə yeni
dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan Dövlət himni
səsləndikdən sonra məktəbin direktoru Firəngiz Həmidova məktəbin şagird və
müəllim kollektivini təbrik etdikdən sonra məktəbin uğurları barədə məlumat
verdi.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra
Hakimiyyətinin Başçısı Asif Əsgərov müəllimləri, şagirdləri və onların
valideynlərini  yeni dərs ilinin başlanması münasibəti ilə  təbrik etmiş, onlara
təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar
ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı
proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın  təhsil obyektlərinin yenilənməsi
sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi
kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla
davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi
olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə
əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi
buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və
köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı
Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və
məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub.
   
        Məktəblərimizdə təhsilin səviyyəsi,burada şagirdlərin biliklərə yiyələnməsi
üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində
olmuşdur. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır,
məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır.

Bilik gününə həsr edilmiş tədbirlərdə çıxış edən müəllim və valideynlər   
təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan
Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini
bildirdilər.
Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər,  məktəb
həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir
iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...