Nəsimi rayonunda Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin yeni binası istifadəyə verilib
16:35 / 20.12.2019
1983
Bu gün Nəsimi RİH başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi
üzrə Nümayəndəliyinin yeni inzibati binası istifadəyə verilmişdir. Tədbirdə
iştirak edən RİH başçısı Asif Əsgərov nümayəndəliyin iş otaqlarına baxış
keçirərək yaradılmış şəraitlə tanış olmuşdur. Qeyd edirik ki, Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə
təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun
olaraq 2012-ci ildə yaradılmış Nəsimi Rayon İcra Hakimiyyətinin 1 nömrəli
sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası olmamışdır.
Sakinlərə xidmət göstərilməsinə lazımi şəraitin yaradılması istiqamətində
Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər aparılaraq ərazisində 90
min nəfərə yaxın sakinin yaşadığı 1 nömrəli Sahə İƏD nümayəndəliyi
üçün 20 Yanvar küçəsi 19 b ünvanda inzibati bina istifadəyə verilmişdir.
İnzibati binanın yaxın ətrafındakı 1100 kv.m. sahə abadlaşdırılmışdır. 19b,
21b, 23, 25, 27 saylı binaların əhatəsində yerləşən bu ərazinin sakinləri
abadlıq işlərinə görə razılıqlarını bildirmiş, nümayəndəliyə yaradılan
şəraitin sakinlərin müraciətlərinin operativ həllinə yönəldilən tədbirlərdən
olduğunu qeyd etmişlər.