Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
15:00 / 06.12.2019
4144
Dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650
min ədəd ağacın əkilməsi təşəbbüsünə Nəsimi rayonu da böyük fəallıqla qoşulub,
yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə aksiyası keçirilib.
Nəsimi rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun müxtəlif yerlərində
yerləşən parklarda, bağlarda, o cümlədən Cavadxan küçəsindəki yaşıllıq zolağında,
Mir Cəlal küçəsindəki parkda bayram coşqusu ilə keçirilib.
Nəsimi rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin,
rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu,
ümumilikdə 850 nəfər adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında
2000-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar, 3000 ədəd dekorativ gül kolları
əkilib, ətraf ərazilər tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa
aqrotexniki qulluq edilib, 2500 ağaca qulluq edilərək budanıb, dibləri yumşaldılıb.
Mir Cəlal küçəsindəki parkda Azərbaycan Respublikası Milli Konservatoriyası
tərkibindəki Musiqi Kollecinin tələbələrinin ifasında Nəsiminin qəzəllərindən
ibarət musiqilər, muğamlar səsləndirilib. "Nəsimi könüllüləri” və gənclər milli
musiqi sədaları altında yallı gedib, rəqs etdilər.Daha sonra ağacəkmə aksiyasında
iştirak edənlər parkda çaya və milli şirniyyata qonaq edilib.