Aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə “Qələbəyə gedən yol” adlı tədbir keçirildi

Aprel döyüşlərinin növbəti ildönümü münasibəti  ilə “Qələbəyə gedən yol” adlı tədbir keçirildi
Nəsimi rayon İcra Hakimiyyətində   2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü
münasibəti ilə "Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə
Azərbaycan Tibb Univresitetinin hərbi-tibb fakültəsinin və Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tələbələri, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi
veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, Aprel
döyüşləri şəhidlərinin ailə üzvləri, Aprel döyüşləri iştirakçıları, rayon veteranlar cəmiyyətinin
üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
 
Hərbi orkestrin müşayəti və alqış sədaları altında Azərbaycan Respublikasının Dövlət
Bayrağı zala gətirildikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və
müstəqil Azərbaycanın suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş
şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
 
Azərbaycan Dövlət Nəfəsli Alətlər Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirildikdən sonra, sinələrində 2 Aprel döyüşləri şəhidlərinin şəkillərini tutmuş
Nəsimi rayonunun 8, 23 və 42 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri zala daxil
olaraq vətənimizə və torpağımıza sədaqət andı içdilər.
 
Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin güç və rəşadətindən bəhs edən video çarxın
nümayişi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
 
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 2016-cı ilin
Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin
günlər Milli Ordumuzun əsgərləri  doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə
qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olundu ki, Aprel
döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır.
Qazanılmış bu qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə
sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata
keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli
Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə
çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər.    2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən
gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük
müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə
yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli
rayonu istiqamətində yerləşən "Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz
istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə
malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Erməni Qüvvələrindən tam azad etdi.
Bildirdi ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində
dalğalanacaqdır.
 
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi-tibb
polkovniki, ”Əməkdar həkim” Çingiz Əlləzov Azərbaycan Silahlı Qüvvələrinin Vətənimizin
torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışdı. Qeyd etdi ki,
Aprel döyüşlərində də Silahlı Qüvvələrimizin əsgər və zabitləri torpaqlarımızın müdafiəsi üçün
qəhrəmanlıqlar göstərmişlər. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən natiq
tezliklə işğal altında olan torpaqlarımızın qaytarılacağına əminliyini bildirdi.

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı
Nəcibə Axundova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
 
Tədbirdə Azərbaycan Respublikası  Müdafiə Nazirliyi və  Nəsimi rayon İcra
Hakimiyyətinin  birgə təşkilatçılığı ilə hazırlanmış  "Azərbaycan əsgəri” mahnısı və klipi
tamaşaçılara təqdim olundu.



OXŞAR XƏBƏRLƏR