Nəsimi rayon İcra Hakimiyyətinin başçısı mikrorayonda qəbul keçirib

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı mikrorayonda qəbul keçirib
 
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5-ci
mikrorayon Asif Məhərrəmov küçəsi 34-42 ünvanlarda sakinlərin
müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən 20 Yanvar küçəsi,
Cavadxan küçəsi, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon
İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə müraciətlərini etmişlər.
Sakinlərdən Həsənov Tofiq, Qafarova Gülbəyim, Məmmədov Cavad,
Süleymanova Güləxanım, Həsənov Bəxtiyar və digərləri bir sıra
məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin və qanunsuz
çəpərlərin yığışdırılması, mənzil ilə təmin olunma, yolüstü piyada keçidi,
həyətlərin işıqlandırılması və abadlaşdırılma barədə müraciətlər etmiş,
təkliflər irəli sürmüşlər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı
Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət
sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın
rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan
uğurlar qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA
İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə
yerlərdə həyətlərin abadlaşdırılması, ətraf mühitin və ekoloji tarazlığın
qorunması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda,
xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı
qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra RİH başçısı ağacəkmə aksiyasında iştirak etmişdir. Aksiya
zamanı Asif Məhərrəmov küçəsi boyunca həmişəyaşıl ağaclar
əkilmiş,yaşıllıqlara qulluq edilmişdir. Tədbirdə Nəsimi rayon İcra
Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon "Könüllüləri” və
mikrorayon sakinləri iştirak etmişlər. Qeyd edirik ki, 5-ci mikrorayon Asif
Məhərrəmov küçəsi 34,38,42,46 ünvanları əhatə edən məhəllədə "Abad
həyət” layihəsi çərçivəsində aparlan abadlıq-quruculuq işləri başa
çatdırılmış və yenidən qurulmuş 4 həyət sakinlərin istifadəsinə verilmişdir.

OXŞAR XƏBƏRLƏR