Nərimanovdakı yanğında 20 nəfər təxliyə olundu

Nərimanovdakı yanğında 20 nəfər təxliyə olundu
"Nərimanov rayonunda yaşayış binasında baş verən yanğınla bağlı 20 nəfər təxliyə olunub”.

Sfera.az  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov məlumat verib. 

Onun sözlərinə görə, hadisə Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsi 61 ünvanında yerləşən 17 mərtəbəli binanın 9-cu mərtəbəsində qeydə alınıb: "Yanğın hadisəsi sahəsi 85 kv olan 3 otaqlı mənzildə baş verib. Mənzilin mətbəxi - 20 kv metr hissəsinin yanar konstruksiyası əşyalarla birlikdə yanıb. Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının fəaliyyəti nəticəsində 20 nəfər təxliyə edilib. Ümumilikdə 5 yanğınsöndürmə avtomobili əraziyə cəlb olunub. Xəsarət alan olmayıb. Yanğın hadisəsi saat 14:40-da baş verib və 14:44-də briqada ərazidə olub”.

İ. Nəsibov bildirib ki, yanğının qeydə alındığı mənzildə heç kəs olmayıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alı...

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub. Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəs...

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...

Ana 2 azyaşlı körpəsini sığınacağa atıb qaçdı - FOTOLAR

Azərbaycanda ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyaraq qaçıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb.  ...

Bakıda qəzada həlak olan POLİS KİMDİR?

Bakı şəhərində polis qəzada vəfat edib. Sfera.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb. Sumqayıt şəhər Polis İ...