Nəriman Abbasov çempionluq kəməri üçün Rusiya döyüşçüsü ilə qarşılaşacaq
17:31 / 13.03.2020
4463
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov "Fight Nights Global" çempionluq kəmərini qorumaq üçün ilk görüşünü keçirəcək.
Sfera.az-ın report-a isttinaddla məlumatına görə, "TT Fıght Club" və Qəbələ İdman Klubunun təmsilçisi Rusiyanı təmsil edən Mixail Qogitidze ilə üz-üzə gələcək. Qarşılaşma aprelin 18-də Moskvada "Fight Nights Global 98" turniri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, döyüşçülər indiyədək bir dəfə qarşılaşıblar. 2018-ci ilin oktyabrına təsadüf etmiş görüşdə Nəriman Abbasov qələbə qazanıb. Düyüşçü turnirə hazırlığı məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında keçib. Toplanışlar Abdulmanap Nurmaqomedov adına Akademiyada və Tailanddakı "Tiger Muay Thai & MMA" düşərgəsində baş tutub.