Nərgiz Babayeva: Gözün aydın, Azərbaycan!

Nərgiz Babayeva: Gözün aydın, Azərbaycan!
Hər doğulan gün 27 sentyabr tarixindən başlayaraq bizi erməni təcavüzkarları üzərində qələbəyə daha da yaxınlaşdırdı. Nəhayət, 2020-ci il 10 noyabr tarixində Qarabağ savaşına son qoyuldu. Mənfur düşmənin izləri torpağımızdan  silindi. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəbhədə döyüş ruhu həmişə yüksək olmuşdur. Ədalətli müharibəmizdə qələbə bizim oldu! Gözün aydın, qəhrəman xalqımız, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş Komandan sona qədər döyüşəcəyimizə erməni terroristlərini məhv edəcəyimizə söz vermişdi və bunu həyata keçirdi. 

Uzun illərdir ki, yersiz gəlib özünü yerli hesab edən ermənilər öz qəddar terrorist  xislətini dünya qarşısında gizlətməyib. Cəbhədən uzaqda  yerləşən mülki əhalinin gecə  hədəfə alınması bir daha bizə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri xatırlatdı. Dünya ictimaiyyəti ərazi   bütövlüyümüzə təcavüz edən ermənilərin əsl iç üzünü görə bildi. Ədalətdən, mərhəmətdən çox uzaq olan insanların silahı iftira və yalandır. Erməni vandalizmi qorxunc irsi bir xəstəlikdir. Dünyaya səpələnmiş "vətən” nədir bilməyən ermənilər öz kin və nifrətinin qurbanlarıdırlar.

28 illik həsrətdən sonra qədim mədəniyyət ocağımız Şuşa şəhəri ermənilərdən azad oldu. Noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev növbəti dəfə qələbə müjdəsi ilə xalqının qarşısında Şəhidlər Xiyabanında çıxış etdi. Sərkərdəyə məxsus təmkinlə, qürurla tarixə qızıl hərflərlə yazılan sözlər dedi: "Əziz həmvətənlər! Bacılar, qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri azad edildi!..” Bu məkanda çıxış o demək idi ki, əziz şəhidlərimizin qanı yerdə qalmadı. Bütün Azərbaycan üç rəngli  bayrağa büründü. Onunla birgə Türk bayraqları  dalğalandı. 

Hal-hazırda hamımız böyük sevinc içindəyik, müharibənin bizim qələbə ilə başa çatmasını tarixi bayram kimi yaşayırıq. Hər il 8 may günü Şuşanın düşmən tərəfindən alınmasını hüznlə keçirirdik. Başına qara bağlayan Qarabağılılar, gözün aydın olsun, daha arxaya həsrətlə baxma, Qarabağ bizimdir! Şuşada yallı gedən, özünü bu torpağın sahibi kimi aparmaq istəyən ermənilərə ömürlük tarixi bir dərs verildi. Vətəndən pay olmaz! Bura Azərbaycandır! Öz Ali Baş Komandanına, güclü ordusuna arxalanan  xalqımız dövlətimizə öz həmrəyliyi, dəstəyi ilə birliyimizin sarsılmaz olduğunu sübut etdi.  

Düşmən anlasın ki, insanı yaşadan məhəbbət və sədaqətdir,  nifrət isə ağır xəstəlik kimi insanın  özünü məhv edir.  Ermənistanın rəhbərliyi görsün ki, Azərbaycanın müdrik başçısı  olan cənab İlham Əliyevin ətrafında xalq necə sıx birləşib. Bu, dünya dövlətlərinə nümunə ola biləcək bir gerçəkdir.
 
Azərbaycanın qəhrəmanlıq tarixini yaşayırıq. Möhtərəm İlham Əliyev çıxışlarının birində düşmənə doğru uzatdığı möhkəm yumruq, xəbərdarlıq ən güclü silahdan da təsirlidir. Nəhayət, qələbə günümüzdə xalqımıza  müraciətində İlham Əliyevin  Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədə  məğlubiyyətini  təsdiq edən kapitulyasiyasını "dəmir yumruğun hesabına imzalayır” sözləri tarixdə yaşayacaq. Bu yumruq həm də özünün dediyi kimi, xalqın birliyini, dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsinin ifadəsidir. Qəbul olunan Bəyanatda artıq Qarabağ statusu yoxdur. Qarabağ yalnız Azərbaycana məxsusdur. Bir də ən vacib məsələlərdən biri olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında quru yolların birləşdirilməsi cənab İlham Əliyevin təkidi ilə Bəyanatda öz əksini tapmışdır. Yaxın vaxtlarda yeni nəqliyyat  kommunikasiyalarının inşası həyata keçiriləcəkdir. 

Müharibə başa çatsa da, Vətən uğrunda döyüşənlərin adı tarixdə  qəhrəman kimi yaşayacaq. Təcavüzkar isə əsrlər boyu lənətlənəcək.  Dədə Qorqudun fikri yerinə düşər: "Düşmən qarıyar, əldən düşər, amma dost olmaz”. Əsrlər boyu qazandığımız acı təcrübələr bizə dostumuzu, düşmənimizi tanımağı öyrətdi. Ermənilərin qondarma "soyqırımı” haqda miflər dağılmaqdadır. Riyakarlıq pərdəsi altında gizlənməyə  lüzum yoxdur. Tariximiz qanımızla yazılıb. Buna daha çox  şəhid anaları, şəhidlərin ruhu  şahiddir. 

40 gündən çox sürən müharibədə şəhidlərimizi qəhrəmanlara məxsus ehtiramla minlərlə insan böyük izdiham içində son mənzilə yola saldı.  Lakin Oğuz kəndində Çinarə xanımın şəhid olmuş həyat yoldaşının tabutunu kişilərlə birgə ön sırada çiynində daşıması unudulmayan bir mənzərədir və bunu qeyd etməmək olmaz. Onun Vətənə məhəbbəti, məğrur yerişi Azərbaycan qadınının nə qədər fədakar, mərd olduğunu bir daha sübut edir. "Başın sağ olsun, Vətən”, deyir. Şəhid qardaşım, başını qaldırıb bax, necə qeyrətli, cəsarətli həyat yoldaşın var. Əsl  məhəbbət də torpaq  kimi bölünmür. Bu yol səni cənnətə aparır. Doğma torpaq uğrunda ölən varsa, Vətən basılmaz. Türkün qanına susayan erməni millətçiləri artıq öz qanında boğulub.

 Doğma torpaqdan alırıq gücü, inamı. Şair demişkən,  Qarabağda hər tüfəng qundağından bir ağac bitəcək, başı göylərə ucalacaq, meşəyə dönəcək. Sülh meşəsinə. İşğal altında qalan kəndlərimiz, şəhərlərimiz azad edildikdən, müharibəyə son qoyulduqdan sonra  soyuq payız fəslində sanki bahar ovqatını hiss edirik. Uzun illərdir yurd-yuvasından məhrum olan məcburi köçkünlərimizin  artıq qəlbində günəş doğub, zülmətə qalib gəlib. Düşmən tərəfindən amansızcasına dağıdılan kəndlərin, qəsəbələrin bərpası üçün dövlətimiz təxirəsalınmaz tədbirlər görür, sərhədlərimiz möhkəmlənir.

Şuşada Cıdır düzü, İsa bulağı, xarıbülbül doğma nəfəslər üçün yaman darıxıb. Dünyada sevilib seçilən Qarabağ atlarında igidlərimiz Cıdır düzündə çapacaq, Şuşanın şüşə kimi təmiz havasını doyunca alacaq. Dünyada məşhur olan yeni Qarabağ xalıları  toxunub evlərimizi bəzəyəcək. Xurşud banu Natavan xanımın, Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin və bir çox  görkəmli mədəniyyət xadimlərinin qərib ruhları Şuşada dincələcək. Dillər əzbəri olan "Qarabağ” mahnısı da vətənə qayıdacaq:

Cənnətim Qarabağ,

Zinətim Qarabağ.

Nəğmələr gülüstanımsan,

Sevgi dastanımsan.
 
 
Nərgiz Babayeva
Bakı Gənclər Mərkəzinin direktoru


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...