Nəqliyyat eksperti: “BNA işini layiqincə yerinə yetirəcək”

Nəqliyyat eksperti: “BNA işini layiqincə yerinə yetirəcək”

Koronavirus pandemiyasının ictimai nəqliyyatda yayılmasının qarşısını almaq məqsədilə ilk öncə metropolitenin iş rejimində məhdud qrafik tətbiq edildi və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən avtobuslarda sərnişin sıxlığını azaltmaq məqsədilə ekspres marşrut xətləri sərnişinlərin istifadəsinə verildi. Ekspres marşrut xətlərinin əsasən metro stansiyaları arasında fəaliyyət göstərməsi təmin edildi. Karantin qaydaları daha da sərtləşdirildikdə BNA ekspres marşrut xətlərinin sayını daha da artırdı. Bu tədbirlərlə bərabər agentlik tərəfindən ictimaiyyətə edilən çağırışlarda zəruri olmadığı halda avtobuslardan istifadə edilməməsi bildirilib.

 

31 mart saat 22:00-dan etibarən isə Bakı şəhərində metro qatarlarının fəaliyyəti tam dayandırılıb. Belə olan təqdirdə BNA-nın üzərinə ikiqat yük düşür. Metronun fəaliyyətini dayandırması ilə əlaqədar təbii olaraq sərnişinlər avtobuslara üz tutur ki, bu da agentliyin işini daha da artırır.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az saytına verdiyi açıqlamada BNA-nın üzərinə düşən işin öhdəsindən layiqincə gələcəyinə inandığını bidirib:

 

"BNA-nın üzərinə bu gün çox böyük yük düşür və əminəm ki, agentlik bu yükü qaldıra biləcək. Çünki agentliyin kifayət qədər bazası, ehtiyyat avtobusları var. Daşıyıcı şirkətlərin də bu işdə yaxından iştirak edəcəyinə və prosesə böyük tövhə verəcəyinə inanıram. Çünki yaranan bu vəziyyət dövlətimiz üçün bir sınaqdır və sahibarlar da hər zaman dövlətin çətin günlərində öz dəstəyini ifadə ediblər. Düşünürəm ki, bu gün də daşıyıcı şirkətlər öz dəstəyini sona qədər göstərəcəklər. Eyni zamanda "Bakubus” MMC-nin avtobuslarının da bu işə səfərbər olması vəziyyəti yaxşılaşdıracaq. Vətəndaşlar karantin rejimi qaydalarına əməl etsələr avtobusların yükünü azaltmış olarlar. Əks halda sürücüləri də çətin vəziyyətdə qoyurlar. Dayanacaqda bir nəfərin düşdüyü halda on nəfərin avtobusa mindiyini görürük. Belə hallar baş verməsə daha yaxşı olar. Bu gün agentlik öz işinin öhdəsindən gəlir, xüsusi qrafik qurub və vəziyyətə nəzarət də tam olaraq həyata keçirilir. Burda həm sərnişinlərin, həm də sürücülərin məsuliyyət məsələsi önə çıxır. Düşünürəm ki, onlar qaydalardan kənara çıxmasalar bu proseslər müsbət həllini tapacaq. Bu işdə hər bir sərnişin, hər bir sürücü, hər bir daşıyıcı şirkət məsuliyyət daşıyr. O baxımdan karantin qaydalarını pozmadan işimizi icra etməliyik. Hər kəs qaydalar çərçivəsində hərəkət etməli, sıxlıq, təlükəli vəziyyət yaratmadan, sürücülərə qarşı anlayış göstərərək davranmaldır. Bu günə qədər BNA bir çox ağır prosseslərdə özünü irəli çəkib və işini layiqincə yerinə yetirib. Düşünürəm ki, bu gün də agentlik bunun öhdəsindən layiqincə gələcək”.

 

Bir daha xatırladaq ki, xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində BNA tərəfindən ekspres marşrut xətləri təşkil edilib. Eyni zamanda digər bütün müntəzəm marşrut xətlərinin də fəaliyyəti təmin edilir. Agentlikdən verilən açıqlamada bildirilib ki, gün ərzində həm müntəzəm, həm ekpres marşrut xətləri üzrə avtobuslar arasında interval sərnişin axınına uyğun tənzimlənəcək.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...