“Neosun Energy”: Azərbaycanda günəş enerjisinə keçid üçün şərait yaradılır - MÜSAHİBƏ

“Neosun Energy”: Azərbaycanda günəş enerjisinə keçid üçün şərait yaradılır - MÜSAHİBƏ
 "Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində günəş panelləri və yeni nəsil litium-ion akkumlyatorları istehsal edən "Neosun Energy” şirkətinin baş direktoru İlya Lixov alternativ enerji mənbəyi kimi günəş panellərinin müsbət və mənfi tərəflərindən, onların Azərbaycanda istifadəsindən və ictimai nəqliyyat vasitələrində bu tip panellərə keçirlməsindən danışıb.

- Alternativ enerji mənbəyi kimi günəş panellərinin müsbət və mənfi cəhətləri barədə danışardınız...

- Günəş enerjisinin ekoloji cəhətdən təmiz olmasını və tükənməzliyini nəzərə almasaq belə, müsbət cəhətlər olduqca çoxdur. Xüsusən də iqtisadi müstəvidə. Bu gün günəş modullarının dəyəri o qədər azalıb ki, günəş enerjisi ən ucuz və əlverişli enerji növlərindən birinə çevrilib. Nəticə: investorlar üçün yatırılan vəsaitin geri qaytarılması müddəti azalıb (orta hesabla 5 il), həmçinin elektrik enerjisi tarifləri və yanacaq qiymətlərinin artmasından asılılıq yoxdur.

Günəş modullarının mənfi tərəfi isə coğrafi şəraitdən asılılıqdır. Tez-tez buludlu və ya dumanlı olan ərazilərdə panellərin az effektli olduğu heç kimə sirr deyil. Amma Azərbaycan haqqında bunu söyləmək olmaz.

- Bu gün günəş panelləri nə dərəcədə yayılıb və Rusiya alternativ enerji məsələsində nə qədər təcrübəlidır?

- Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına əsasən, dünyada günəş elektrik stansiyalarının (GES) quraşdırılmış gücü 629 GVt-a çatıb ki, bu da Rusiya enerji sisteminin ümumi gücündən 2 dəfə çoxdur. Eyni zamanda təkcə son ildə 115 GVt gücündə fotoelektrik stansiyalar tikilib. Onu da vurğulamaq istərdim ki, 2019-cu ildə bütün yeni energetika obyektlərinin 72%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.

Rusiya bu sahədə hələ ki yalnız təcrübə qazanır, lakin son 2-3 ildə Rusiyanın özəl şirkətlərindən günəş elektrik stansiyalarının inşasına marağın kəskin artdığını görürük. Belə ki, "Neosun Energy” şirkətinin analitiklərinin qiymətləndirməsinə görə, 2019-cu ilin sonunda Rusiyada günəş elektrik stansiyalarının quraşdırılmış gücü təqribən 1,4 GVt-a çatıb, onların tikintisinə qoyulan investisiyaların həcmi isə 158 milyard rublu keçib.
 
 
- Azərbaycanda günəş panellərini quraşdırmaq sərfəlidirmi?

- Azərbaycan günəşli ölkədir və ona görə də birmənalı olaraq sərfəlidir. Axı Azərbaycanda hətta kiçik bir GES (100 kVt gücündə) doğru meyl bucağı ilə ildə təxminən 140 000 kVt/saat istehsal edəcək. Təsadüfi deyil ki, ölkədə günəş elektrik stansiyalarının gücü artıq təqribən 35 MVt-dır, bunlar özəl şirkətlər, sosial qurumlar tərəfindən quraşdırılıb, Prezident İlham Əliyev isə bu ilin əvvəlində quraşdırılmış gücü 200 MVt olan günəş elektrik stansiyasının inşa ediləcəyini elan edib.

Azərbaycan hökuməti uzunmüddətli perspektivdə də bərpa olunan enerji mənbələrinə bel bağlayır və onun enerji balansındakı payını 17%-dən 30%-ə qədər artırmaq niyyətindədir. Bərpa olunan enerji obyektlərinin əksəriyyəti günəş elektrik stansiyaları olacaq.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu, ildə təxminən 200 milyon kubmetr qazın ixrac edilməsinə imkan verəcək.

- Azərbaycanda ictimai nəqliyyatın, nəqliyyat yollarının (dəmir yolu sektoru və avtomobilqayırma sektoru) günəş panellərinə keçirilməsi mümkündürmü? Piyada keçidlərində, həmçinin yeraltı keçidləri və tunelləri işıqlandırmaq üçün panellər quraşdırmaq mümkündürmü?

- Əlbəttə. Dünya praktikasında bunun xeyli nümunəsi var. Məsələn, Hindistanda 7 min dəmir yolu stansiyası günəş enerjisinə keçirilib.

Avtobus dayanacaqlarının, yanacaqdoldurma məntəqələrinin, işıqforların və işıqlandırma dirəklərinin konstruksiyalarında günəş panellərinin quraşdırılmasına dair minlərlə nümunə var. Şirkətimizdə də oxşar layihələrin nümunələri var.

- Belə keçid üçün hansı şərait yaradılmalıdır? Xaricdə bu keçid necə edilib?

- Bildiyimə görə, Azərbaycan hökuməti artıq bunları yaradır. O cümlədən bu sahəyə özəl investisiyaların cəlb edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi üçün tədbirlər hazırlanır. Xaricdə olduğu kimi, imtiyazlar və subsidiyaların köməyi ilə.

Artıq "Total” və "British Petrolium” kimi qlobal neft-qazla konsernləri kömək etməyə hazır olduqlarını bildiriblər, ən böyük beynəlxalq təsnifat cəmiyyəti olan DNVGL isə bərpa olunan enerji sahəsindəki hüquqi bazanın və dəstək tədbirlərinin hazırlanmasında yardım təklif edib. Habelə hökumət Çin, BƏƏ, ABŞ və Aİ investorları ilə də fəal danışıqlar aparır.

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...