Neftsiz Azərbaycanın 7,1 milyard dollar kəsiri yarandığı açıqlandı

Neftsiz Azərbaycanın 7,1 milyard dollar kəsiri yarandığı açıqlandı

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2018-ci ilə nəzərən 2019-cu ildə 27.9% azalaraq 4.4 milyard dollar təşkil etmişdir.


Marja Mərkəzi Bankın açıqladığı 2019-cu il üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansına istinadən xəbər verir ki, neft-qaz sektoru üzrə profisit ötən ilə nəzərən 10.7% və ya 1.4  milyard dollar azalaraq 11.5 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabı kəsiri isə 4.5% (308 milyon dollar) artaraq 7.1 milyard dollar  olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. Cari əməliyyatlar hesabı profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.

 

XARİCİ TİCARƏT BALANSI

 

2019-cu il üzrə xarici ticarət dövriyyəsi 31.2 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 16.1 milyard dollar həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 7.6 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 8.5 milyard dollarlıq (13.3% azalma) profisit yaranmışdır. 2019-cu ildə Azərbaycanın dünyanın 184 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.

 

Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

 

Cari əməliyyatlar hesabında kəsirin yaranması ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələdiyinə işarədir.

 

ƏMTƏƏ İXRACI

 

2019-cu ildə əmtəə ixracı 19.9 milyard dollar (4.5% azalma) təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6% azalaraq 18 milyard dollar olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 8% azalaraq orta illik 64 dollar/barel olması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (15.4 milyard dollar) 0.6 milyard dolları neft emalı məhsullarının, 14.8 milyard dolları  isə xam neftin ixracının payına düşür. 2019-cu ildə qeyri-neft ixracı 14.4% artaraq 1,9 milyard dollar olmuşdur.

 

ƏMTƏƏ İDXALI

 

2019-cu ildə əmtəə idxalı ötən ilə nəzərən 3.5% artaraq 11.3 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 5.3 milyarddollar olmuş, bunun da 1.7 nilyard dolları ərzaq məhsullarının payına düşür.

 

Qeyri-neft sektoru üzrə idxal 2.7% artaraq 9.5 milyard dollar  olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (34.1%), şəkərin (31.3%), dəmiryol nəqliyyat vasitələrinin (38.6%), dənli bitkilərin (55.8%), kağız məmulatlarının (21.4%), tərəvəz məhsullarının (24.2%), daş və şüşə məmulatları (3.8%) və kimya məhsullarının (28%) idxalı artmış, tütün və tütün məhsullarının (29.3%), alkoqollu və alkoqolsuz içkilərin (19.5%), mebel məhsullarının (2.7%), metallar (14.1%) və ağac məmulatlarının (4.1%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 849 milyon dollar olmuşdur.

 

Xəbər verdiyimiz kimi, 2019-cu ildə Azərbaycanın tədiyə balansının ümumi saldosu müsbət 5 milyard 143 milyon dollar təşkil edib. 2019-cu ildə tədiyə balansı  neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 4,4  milyard dollarlıq, kapitalın və maliyyənin hərəkəti balansında isə 0.1 milyard dollarlıq profisit ehtiyat aktivlərinin 5.1 milyard dollar artmasına şərait yaratmışdır.


 

 

 

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...