Neftin qiymətinə görə danışıqlar aparılacaq

Neftin qiymətinə görə danışıqlar aparılacaq

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neftin qiyməti ilə bağlı danışıqlar olacaq.

Sfera.az "qafqazinfo"ya istinadən bildirir ki, Rusiyanın energetika naziri Aleksandr Novak fevralın 16-da Səudiyyə Ərəbistanının neft və mineral resurslar naziri Əli Əl Nuaymla görüşəcək. Bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyri-rəsmi görüş Qətərin paytaxtı Doha şəhərində keçiriləcək.

Görüşdə həmçinin, Venesueladan nümayəndələr də iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR