Neftin qiymətində antirekord qeydə alındı: DAVAM YOXSA, TAMAM?

Neftin qiymətində antirekord qeydə alındı: DAVAM YOXSA, TAMAM?

 

Neft hansı həddə qədər ucuzlaşacaq? İndi bu sual hamını düşündürür. Neftin ucuzlaşması ilk vaxtlar yalnız neft ixrac edən ölkələri narahat edirdi. Amma ucuzlaşmanın davam etməsi, yeni antirekordların qeydə alınması neft idxal edən və böyük sənayeyə malik olan ölkələri də düşündürməyə başlayıb.

 

Bu, narahatçılıq əbəs yerə deyil. "Qara qızıl”ın həddən artıq ucuzlaşması neft ixrac edən ölkələrin gəlirlərini birbaşa azaltdığı halda, neft idxal edən böyük sənaye ölkələrinin gəlirlərində dolayı azalmalara səbəb olur. Neft elə bir əmtəədir ki, onun dəyərdən düşməsi bütün əmtəələrin, hətta pullu xidmətlərin ucuzlaşmasına gətirib çıxarır. Əmtəələrin dəyərdən düşməsi məhz böyük sənaye potensialına malik olan, iri həcmdə ixrac həyata keçirən ölkələrə ciddi iqtisadi zərbə vurur, iqtisadi aktivliyi aşağı salır. Buna görə də neftin davamlı ucuzlaşması bütün ölkələrdə narahatçılıq yaradır.

 

Sfera.az xatırladır ki, dünən Brent neftinin qiyməti 13 faizdən çox enərək 24,88 dollara düşüb. Neftin belə aşağı qiymətə satılmasına sonuncu dəfə 17 il əvvəl rast gəlinib. 2003-cü ilin martında neftin qiyməti 24-25 dollar səviyyəsində olmuşdu.

 

Dünən neftin yenidən kəskin ucuzlaşması satışa çıxarılan neftin həcminin bir qədər də artırılacağı qorxusu ilə bağlıdır. Koronavirusun bütün ölkələrə yayılması elə bir vəziyyət yaradıb ki, indi şəhərlər, qəsəbələr yox, ölkələr karantin altına alınır, bir-birindən təcrid olunur. Bu cür qadağalar insanların hərəkətini məhdudlaşdırdığından avtomobil, təyyarədən istifadə xeyli dərəcədə azalıb. Neft əsasən avtomobil və təyyarə üçün yanacaq istehsalında istifadə edilir. Dünyada istehsal olunan neftin təxminən yarısı avtomobil yanacağı, təxminən 10 faizi təyyarə yanacağı üçün alınır. Avtomobil və təyyarələrin hərəkətinin məhdudlaşdırılması yanacaq istehlakını azaldır ki, bu da dolayaı ilə neft alışını minimuma endirir.

 

Artıq koronavirusun yayıldığı ölkələrin sayı 175-i ötüb. Dünyada 218 mindən artıq insan bu virusa yoluxub, 8,8 mindən çox insan vurusun təsirindən dünyasını dəyişib, daha bir neçə on milyon insan isə virusa yoluxma şübhəsi ilə karantinə alınıb. Proqnozlara görə epidemiyanın yayılma sürətində zəifləmə baş verməsə, ən geci 3 aydan sonra dünyada milyonlarla insan virusa yoluxacaq və 2 milyarddan çox insan karantin altına alınacaq. Karantin altına alınan insanların sayının artması dünyada avtomobil və təyyarə yanacağına olan ehtiyacı xeyli zəifləyəcək.

 

Beynəlxalq Enerji Agentliyinin təxminlərinə əsasən apreldən neftə olan gündəlik tələb ən azı 5 faiz azalacaq. Hazırda "qara qızıl”a olan gündəlik tələb 100,5 milyon bareldir. Apreldə gündəlik tələb 95 milyon barelə düşəcək. Hazırda neft hasilatının gündəlik həcmi təxminən 101 milyon bareldir. Tələbin azaldığı bir vaxtda neft qiymətlərinin əlverişli səviyyədə qalması üçün neft hasilatı da azaldılmalıdır. Amma təəssüflər olsun ki, biz bunun əksinin şahidi oluruq. Tələbin hər gün azaldığı şəraitdə neft hasilatı nəinki sabit qalmır, əksinə bir qədər də artırılır. Səudiyyə Ərəbistanı ilə Rusiyanın gündəlik hasilatı azaltmaqla bağlı razılıq əldə etməməsindən sonra OPEC üzvü olan əksər ölkələr hasilatı artırır. Yalnız Səudiyyə Ərəbistanı apreldə gündəlik hasilatı 3 milyon barel artıraraq 12,5-13 milyon barelə çatdırmaq istəyir. Eynilə Rusiya, İraq, Birləşmiş Ərəb Əmirliyi kimi iri hasilatçı ölkələr də gündəlik istehsalı artıracağını bəyan edib. Təxmin edilir ki, bu artımlarla dünyada gündəlik neft hasilatı 4-5 milyon barel artaraq 106-107 milyon barelə yüksələcək. Nəticədə neft hasilatı ilə neft istehlakı arasında böyük fərq yaranacaq.

 

Bazarda satıcıların çox olması ucuzlaşmanı qaçınılmaz edir. Belə vəziyətdə neft ixrac edənlər öz məhsullarını satmaq üçün nefti daha aşağı qiymətə təklif edirlər.

 

Bundan Rusiya başda olmaqla neftin hasilat xərci yüksək olan ölkələri zərər görəcək. Xam neftin hasilat dəyəri hər barrelə görə Qazaxıstanda 16, İranda 15, İraqda 7, Birləşmiş Ərəb Əmirliyində 6, Səduiyyə Ərəbistanında 3 dollardır. Azərbaycana gəlincə, BP-nın istehsal etdiyi xam neftin 1 barrelinin alıcıya çatdırılma müqavilələri üzrə xərclər nəzərə alınmaqla 15 dollar və məsafədən asılı olaraq bir qədər artıqdır. SOCAR-a gəlincə, şirkət 2018-ci ildə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat olduğunu açıqlayıb. Bu o deməkdir ki, dünya bazarında neftin qiyməti hər barrelə 20 dollara qədər ucuzıaşarsa, Azərbaycanın neftdən qazancı olmayacaq, 20 dollardan aşağı olarsa Azərbaycan neft ixracatından zərərə düşəcək.


Ucuz neftdən sadəcə ixrac edənlər yox, həm də bütün dünya zərər görəcək. Neft kəskin ucuzlaşanda qlobal iqtisadiyyatın kiçilməsi, böhrana girməsi ehtimalı artır. Aparılan bir araşdırmaya görə neftin 1 dollar ucuzlaşması dünya iqtisadiyyatının inkişaf sürətinə 1 faiz azaldıcı təsir edir. Bu əlaqə onunla bağlıdır ki, neftin dəyərdən düşməsi dünyada tələbi xeyli azaldır. Hazırda gündəlik hasilatın 101 milyon barel olduğunu nəzərə alsaq qiymətlərin 1 dollar düşməsi dünyada tələbin 35 milyard dollardan çox azalmasına səbəb olur. 2020-ci ilin yanvar ayından bəri neft qiymətləri 35 dollar enib. Bu, dünya iqtisadiyyatının gündəlik 3,5 milyard dollar, illik 1,3 trilyon dollar itirməsi deməkdir.

 

Neftin ucuclaşması onun hasilatına qoyulan sərmayələri də azaldır. İndiki şərtlərlə neft qiymətləri 45 dollardan aşağı olduqda neft sektoruna qoyulan sərmayədə artım dayanır, qiymətlər daha 5 dollar endikdə isə sərmayə qoyuluşu azalır. Neft qiymətlərinin 20-30 dollar intervalına enməsi onun hasilatını, bir sənaye sahəsi kimi investisiya cəlbediciliyini aradan qaldırır.

 

Neftin həddən artıq ucuzlaşması alternativ enerji sahələrinin inkişafını da mənasız edir, bu sahələ sərmayə qoyuluşunu dayandırır. Çünki neft ucuz olduqda daha bahalı olan alternativ enerji sahələrini maliyyələşdirməyi həvəsləndirmək qeyri-mümkün olur.

 

Amma ümidsizliyə də qapılmaq lazım deyil. Neftin həddən artıq ucuzlaşması onun yenidən bahalaşma ehtimalını da artırır. Neft qiymətləri 30 dollardan aşağı düşdükdən sonra Rusiya və İraq rəsmiləri hasilatın yenidən tənzimlənməsi təklifi ilə çıxış ediblər. Onların fikrincə, mövcud qiymətlər uzun müddət qalarsa, neft hasilatı sənayesi uzun müddət böhran keçirəcək ki, bu da gələcəkdə qiymətlərin arzuolunmaz səviyyə yüksəlməsinə səbəb ola bilər.

 

 

 

Vasif

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...