Neftin qiyməti 90 dollara çatacaq - Bu baş verərsə, Azərbaycan...

Neftin qiyməti 90 dollara çatacaq - Bu baş verərsə, Azərbaycan...
Neftin dünya bazar qiymətindəki artımlar davam edir. Birjalar bu günə Brent markalı neftin bir barelini 83 dollardan baha təklif etməklə başlayıblar. "OPEC+” alyansının aylıq hasilat artımının 400 min bareldən çox artırmamaqla bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib.
 
Bu barədə Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, "Goldman Sachs” neftin 1 barelinin qiyməti dekabrda 90 dollara çatacaq:

"Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər. Son 3 ildə ilk dəfə olaraq, Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır. Aydındır ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan gündəlik xam neft hasilatının bu aydan daha 7 min barrel artıraraq, 640 min barrelə çatdıracaq:

"İxtisarla bağlı öhdəlik isə 78 min barrel həcmində olacaq. Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur. Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65.74 dollar, avqust ayında 70.33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR