Neftin qiyməti 80 dollara yaxınlaşır

Neftin qiyməti 80 dollara yaxınlaşır
Neft qiymətlərində yüksəlmə bu həftənin ilk gününüdə də davam edir. Artıq "Brent” markalı neftin qiyməti 78 dolları ötüb. Qiymət artımlarını şərh edən birja analitiklərinin fikrincə, dünyada neftə tələb təklifi üstələyir və bu vəziyyətdə "Brent” neftinin dəyərinin yaxın günlərdə 80 dolları ötməsi realdır. 

Sfera.az xatırladır ki, neft qiymətləri sentyabrın əvvəlindən davamlı artır. Ayın əvvəlində 74 dollar olan "Brent” neftinin bir barelinin qiyməti hazırda 78 dollardan yüksəkdir. 

Son bir ayda dünyada karantin tədbirlərinin yumşaldılması səbəbindən aktivlik artdığından neftə tələb güclənir. Ekspertlər proqnozlaşdırır ki, qarşıdakı 1-2 ay ərzində də tələbdə artım davam edəcək. 

Tələbdə sürətli artımın fonunda təklifdəki artım dinamikası zəifdir və ötən hər gün tələb təklif arasındakı müsbət fərq bir qədər də böyüyür. Bu vəziyyət bütün ölkələrdə neft ehtiyatlarının azalmasına səbəb olur. 

Proqnozlaşdırılır ki, "OPEC+” növbəti toplantısında hasilatın daha çox artırılmasına dair qərar qəbul edəcək. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR