Neftin qiyməti 51 dolları keçdi

Neftin qiyməti 51 dolları keçdi

Dünya bazarında "Brent" markalı neftin qiyməti 51 dollar/barel həddini keçib. 

Sfera.az report-a istinadən bildirir ki, buna səbəb yay mövsümünün gəlməsi ilə tətilə çıxan insanların sayının artması nəticəsində benzinə tələbatın yüksəlməsi və Nigeriyada yenidən silahlıların neft infrastrukturuna zərər yetirməsi xəbərləri göstərilir. 

"Brent" markalı neft ən son 2015-ci ilin oktyabrın 12-də 51 dollar/bareldən baha satılıb. Daha sonra qlobal maliyyə böhranı fonunda enişə keçən neft qiymətləri 2016-cı il yanvarın 20-də 27,10 dollar/barelə çataraq son illərin minimal səviyyəsinə enib. Hazırda neft qiymətləri bu minimal səviyyədən 89% yüksəlib. 

Xatırladaq ki, "Brent"in qiymətinin tarixi maksimal səviyyəsi 2008-ci ilin iyulunda 147,50 dollar/barel təşkil edib. Hazırda "Brent" bu səviyyədən 65% aşağı düşüb. "Report"un analitik qrupu "Brent" markalı neft qiymətinin 55 dollar/barelə qədər yüksələcəyini ehtimal edir.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...