\"Neftçi\"nin yunan klubu ilə ilk matçını portuqal hakim idarə edəcək

\
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq "Olimpiakos” – "Neftçi” matçının təyinatları açıqlanıb. 

Sfera.az xəbər verir ki, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək. UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.

Qarşılaşma iyulun 21-i, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Bu komandalar arasında cavab matçı iyulun 28-i "Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR