\"Neftçi\"nin rəqibi millinin sabiq futbolçusunu transfer etdi - FOTO

\
 "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyə "Qalatasaray"ı heyətinə yeni futbolçu qatıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" aşağı liqa təmsilçisi "Erzincanspor"dan ayrılan Muhammed Kerem Aktürkoğlunu transfer edib.

22 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Aktürkoğlu Türkiyənin U-19 yığmasında da çıxış edib.

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR