\"Neftçi\"nin rəqibi afrikalı hücumçu transfer etdi

\
 UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Stok Siti" komandasına məxsus Oqenekaro Etebonu icarəyə götürüb.

Bu gün İstanbula gələn nigeriyalı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR