\"Neftçi\"nin legioneri: \"Yunanıstan üçün darıxıram\"

\
 

"Yunanıstan üçün darıxıram. Əlbəttə, xaricdə çıxış etməyin müsbət tərəfləri var. Ancaq özümüzünkülər üçün darıxıram. Hərçənd Bakı yüksəlişdə olan, bir neçə il sonra daha da inkişaf edəcək bir şəhərdir”.

Sfera.az  xəbər verir ki, bunu "Neftçi”nin futbolçusu Evangelos Platellas "Metropolis 95.5 FM” radiosuna açıqlamasında deyib. 31 yaşlı yarımmüdafiəçi həmyerliləri ilə söhbətində Bakıya uyğunlaşmağın onun üçün çətin olmadığını söyləyib: "Azərbaycanlılar çox qonaqpərvərdirlər və klubum bu məsələlərdə mənə kömək etdi. Hər zaman yanımda yardım edəcək bir nəfər olur. Bura gəlməyi ən yaxşı seçim sayıram. Çünki Yunanıstanda bəzi insanlar bizə hörmət etmirlər. Xoşbəxtəm. Maliyyə baxımdan problem yoxdur. Heç kim bununla bağlı çətinlik çəkmir. Klubun sponsorları var və hamı bilir ki, pulu batmayacaq”.

Cari mövsümdə "Neftçi”nin əsas heyətində yerini itirən Platellas sabiq komandası Yunanıstan "Aris”inə dönmək ehtimalına da toxunub: "Aris” ötənilki kimi çıxış etmir, komandada stabillik çatmır. Yeni baş məşqçiləri var və daha yaxşı oynayacaqlar. Heyətdə hər bir mövqe üzrə yaxşı oyunçular var. Mənim mövqeyim boş olsaydı, başqa məsələ - orada ola bilərdim. Karyeram pis alınmayıb. Uşaq yaşlarımdan futbolçu olmaq istəyirdim. İnanıram ki, nə qədər çox məşq etsən, bir o qədər də uzun müddət oynaya bilərsən. Millidə oynamaq? Sinəndə gerblə çıxış etmək önəmlidir, böyük qürurdur. Əgər sizdə Karaqunis, Dellas, Basinasın istəyi, əzmi yoxdursa, alınmaz”.

Yunan futbolçu Azərbaycan çempionatında "Qarabağ”la rəqabətdən danışarkən, ötən mövsüm bu komandanı məğlub etdikərini, lakin sonluğun istədikəri kimi alınmadığını vurğulayıb.

Qeyd edək ki, Platellas bu ilin yanvarında "Neftçi” ilə 1,5 illik müqavilə bağlayıb.


OXŞAR XƏBƏRLƏR

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.   Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xari...

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...