\"Neftçi\"nin legioneri koronavirusa yoluxdu

\
"Neftçi"nin futbolçusu Prins İbarada koronavirus aşkarlanıb.

Sfera.az "africatopsports.com" saytına istinadən xəbər verir ki, konqolu futbolçu infeksiyaya millinin düşərgəsində yoluxub

Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumatı təsdiqləyib. O bildirib ki, hələ Bakıya qayıtmayan 24 yaşlı hücumçu Portuqaliyada karantinə alınıb. Afrikalı forvardın təkrar testinin nəticəsi mənfi çıxandan sonra o, Azərbaycana gələcək.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş görüş Konqo yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR