\"Neftçi\"nin baş məşqçisi daha bir futbolçunun koronavirusa yoluxduğunu açıqladı

\
 "Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdür. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindir. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram".

Sfera.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın X turunda səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının oyunundan razı qalmadığını bildirib: "Matça kimi də bəzi problemlərimiz var idi. Bütün komanda şəklində məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular. Əfsuslar olsun, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu ki, bu da planlarımıza mane oldu. Bununla belə, buradan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq”.

Abasov kapitan Emin Mahmudovla yanaşı, daha bir futbolçunun koronavirusa yoluxduğunu söyləyib: "Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVID-19-a yoluxduğu üçün bura gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...