Neftçilərin 92 yaşlı Xoşbəxt simvolu – O, Xəzərdə hansı ixtiraları edib?

Neftçilərin 92 yaşlı Xoşbəxt simvolu – O, Xəzərdə hansı ixtiraları edib?
Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) geoloji-kəşfiyyat fakültəsini "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək "dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

Sfera.az xəbər verir ki, Xoşbəxt Yusifzadə əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə "Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 

1954-cü ildə "Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib.

X.Yusifzadə 1958-1959-cu illərdə "Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib.

1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş "Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb.

1963-cü ildən 1970-ci ilədək "Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, "Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub.

1970-1992-cı illərdə "Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib.

1992-1994-cü illərdə "Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.Akademik nəşr olunmuş 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən "Azəri”, "Çıraq”, "Günəşli”, "Şahdəniz”, "Kəpəz”, "Bahar”, "Ümid”, "Abşeron” kimi məşhur yataqları kəşf edilib. 

Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə keçmiş SSRİ-nin iki "Qırmızı Əmək Bayrağı” ordeni (1963, 1976), "Şərəf nişanı” ordeni (1971), Azərbaycan Respublikasının "İstiqlal” (2000), "Şöhrət” (2004), "Şərəf” (2010), 1-ci dərəcəli "Əmək” (2017) ordenləri, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (2019), "Heydər Əliyev” ordeni (2020) və başqa mükafatlarla təltif olunub.

Neft hasilatında nanotexnologiyanın inkişafı və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə akademik X.B.Yusifzadə UNESKO medalı ilə də təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib (2010).

Dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının qərarı ilə Avropa Ali Xidmət ordeni ilə (2018) mükafatlandırılıb. 

2016-cı ildən ADNSU geoloji-kəşfiyyat fakültəsinin əlaçı tələbələrinə, 2020-ci ildən isə Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan iki tələbəyə akademik Xoşbəxt Yusifzadə təqaüdü təsis edilib.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...