No Image

"Neftçi" "Sumqayıt"a məğlub oldu

 Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Sfera.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma "Neftçi"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 83-cü dəqiqədə meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

İlk turda "Keşlə"yə uduzan "Sumqayıt" 3 xalı aktivinə yazdırıb. Birinci turda "Səbail"i məğlub edən "Neftçi" də eyni xala malikdir.

Qeyd edək ki, günün digər matçında son çempion "Qarabağ" səfərdə "Keşlə" ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

"Mançester Siti" yeni transferini açıqladı

  "Mançester Siti" Benfika"nın mərkəz müdafiəçisi Ruben Diaşı transfer edib.   Sfera.az klubun saytına istinadla xəbər verir ki, "şəhərlilər" ...

Azərbaycan Premyer Liqasının legionerləri: "Qarabağ Azərbaycandır!"

  Azərbaycan Premyer Liqasında çıxış etmiş və hazırda oynayan futbolçular cəbhədə baş verən hadisələrlə bağlı ölkəmizə dəstək verməkdə davam edirlər....

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

"Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən a...

"Qalatasaray" Azərbaycana dəstək - FOTO

Türkiyənin "Qalatasaray" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. Sfera.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu ...

“Neftçi”nin baş məşqçisi: “Komandam bu gün yaxşı oynamadı”

"Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. Rəqib bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Çox top itkilərimiz olurdu. ...

"Qəbələ"nin baş məşqçisi: "Bura 3 xal dalınca gəlmişdik"

"Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevin...