No Image

"Neftçi" - "Şkupi" oyununun başlama saatı açıqlandı

 "Neftçi"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyununun başlanma saatı müəyyənləşib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyanın "Şkupi” komandası ilə avqustun 27-də keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qarşılaşma "Bakcell Arena”da olacaq.

OXŞAR XƏBƏRLƏR