No Image
No Image

Neftçalada motosiklet qəzaya uğradı, ölən var

Neftçalada motosiklet qəzaya uğradı, ölən var
Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, rayonun Həsənabad kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq dirəyə çırpılıb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin travmaları alan 30 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb. O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 
(apa)

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR