Neftçalada ev, Kürdəmirdə maşın yanıb
09:14 / 28.09.2020
4077
Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 48 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Kürdəmir rayonunun Qarabucaq kəndində isə "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.