Neft yenə ucuzlaşdı

Neft yenə ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb.
Sfera.az anspress-ə istinadən bildirir ki, dünya bazarlarında "Brent" markalı neft 1 dollara qədər ucuzlaşaraq 33.82 dollara geriləyib.

"WTI" markalı neftin qiymətində də 1 dollara yaxın ucuzlaşma olub. Dünən səhər 31.28 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 30.40 dollar təşkil edir.

Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 2,34 dollar bahalaşaraq 34,88 dollar təşkil edib.

Əlvan metalların qiymətində də bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı cüzi bahalaşaraq 39,49 dollar olub. Platinin 1 qramı 30.32 dollar, palladiumun 1 qramı isə 16.17 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.49 dollar müəyyənləşib.

AMB-dən verilən məlumata görə, 18.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5644 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7424 manat, Rusiya rublu isə bahalaşaraq 0.0208 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.238 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.529 AZN dəyərində müəyyənləşib.

Mərkəzi Bankdan verilən məlumata görə, 18.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5635 səviyyəsində müəyyən olunub.


OXŞAR XƏBƏRLƏR