Neft qiymətləri son 7 ilin ən yüksək səviyyəsinə çatdı

Neft qiymətləri son 7 ilin ən yüksək səviyyəsinə çatdı
Bu gün səhər "Brent” neftinin qiymətində yeni rekord müəyyənləşib. "Brent” neftinin dəyəri 1,1 dollar yüksələrək 83,5 dollara çatıb ki, bu da son 7 ildə qeydə alınan ən yüksək qiymət səviyyəsidir. Sonuncu dəfə 2014-cü ilin sentyabrın 1-də "Brent” neftinin qiyməti bu səviyyəyə qalxmışdı.

Sfera.az bildirir ki, neftin bahalaşması avqustun son günlərindən müşahidə edilir. Həmin günlərdə 65 dollar olan "Brent” neftinin qiyməti hazırda 18,5 dollar və ya 28,5 faiz yüksəkdir. 

Qısa müddətdə neftin bu qədər bahalaşmasına tələbin təklifi üstələməsi və aradakı fərqin aybaay artmasıdır. Hazırda neftə olan gündəlik tələb 96 milyon bareli ötüb. Təklif isə 94-95 milyon barel səviyyəsindədir. 

Bir qayda olaraq neftə tələb təklifi üstələdikdə narahatçılıq yaranır və ehtiyat üçün daha çox neft alınır. Bu vəziyyətdə bazarlarda neftə izafi tələb yarandığından bahalaşma bir qədər də güclənir. Hazırda beynəlxalq birjalarda neftlə bağlı vəziyyət belədir.

Bəzi proqnozlara görə daha çox ehtiyatın yaradılması cəhdləri "Brent” neftinin qiymətini qısa müddətli də olsa, 100 dollar səviyyəsinə qaldıracaq. 

Azərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neftin qiyməti isə ötən həftəsonu 84,8 dollar olmuşdu. Böyük ehtimalla "Brent” neftinin bahalaşmasından sonra bu həftə "Azeri Light” 85 dollardan baha satılacaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR