Neft problemlər yaradacaq

Neft problemlər yaradacaq

"Neftin bahalaşması "yalnış həyəcandır". Belə ki, neft bolluğu amili daha da pisləşəcək".
Sfera.az asnpress-ə istinadən bildirir ki, bu açıqlama Beynəlxalq Enerji Agentliyindən gəlib. 

Agentliyin hesablamalarına görə, cari ilin ilk rübünə qədər dünyanın neft ehtiyatları günə 2 milyon 

barelə qədər artacaq.

Yanvar ayında Brent markalı nefti son 13 ildə ən aşağı qiymətə 27.6 dollara düşüb. Sonrada qara 

qızılın qiymətində bir qədər canlanma olsa da, dünən yenidən 7.2 faiz ucuzlaşaraq 30.50 dollar olub.

Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edir ki, 2016-cı ilin ikinci yarısında qlobal neft bazarlarına

 300 milyon barelə yaxın neft çıxarıla bilər. Hesabata görə bu rəqəmlər özünü doğruldarsa, artıq neftin 

içində "üzən" bazarda, qiymətlərin yenidən yüksək səviyyəyə qalxması müşkil ola bilər.

Agentliyin proqrnozlarına əsasən neftə olan tələb azalmağa davam edəcək. Bu il neftə olan tələbin günə

 1.6 milyon bareldən 1.2 milyon barelə düşəcəyi gözlənilir. OPEK-in neft kartelinə üzv olmayan dövlətlərlə

 hasilatı azaltmaqla bağlı danışıqlar aparması faktı da, Agentliyin bədbin proqnozlarına təsir göstərə bilməyib.

 Qurum 2014-cü ilin 100 dollardan yüksək neft qiymətlərinin yaxın zamanda gözlənilmədiyini hesab edir.


OXŞAR XƏBƏRLƏR