Neft ölkələri yekdil qərara gəldi - Neft istehsalı kəskin azaldılır

Neft ölkələri yekdil qərara gəldi - Neft istehsalı kəskin azaldılır

Mayın 1-dən dünyada neft istehsalı tarixində ən böyük hasilat azaldılmasına gedilib. Aprelin əvvəlində əldə olunan razılaşmaya əsasən, "OPEC+” ölkələri gündəlik neft hasilatını 2018-ci ilin oktyabrına nisbətən 9,7 milyon barel azaldacaq. Razılaşmaya Azərbaycan da qoşulub və o, uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.


Sfera.az xatırladır ki, OPEC+ ölkələri arasındakı razılaşma 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ may-iyun aylarını əhatə edəcək. Bu müddət ərzində "OPEC+” formatına qoşulan ölkələr gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 9,7 milyon barel azaltmalıdır. Azərbaycan may-iyunda gündəlik hasilatı 164 min barel azaladaraq 554 min barelə endirməyi öhdəlik götürüb. İkinci mərhələdə ölkələr iyundan sonra ilin axırına qədər hasilatı 2018-ci ilin oktyabrına nisbətən 7,7 milyon barel azaldacaq. Yəni, iyul-dekabr dövründə hasilat may-iyun ayları ilə müqayisədə 2 milyon barel artırılacaq. Bu dövrdə ölkəmiz hasilatı 131 min barel azaldaraq 587 min bareldə saxlayacaq. Üçüncü mərhələ 2021-ci ildən 2022-ci ilin aprelinə qədər olan dövrü əhatə edəcək və hasilatda azalma 2018-ci ilin oktyabrına nisbətən 5,8 milyon barel olacaq. Son mərhələdə Azərbaycan hasilatı 98 min barel azaldaraq 620 min bareldə saxlayacaq. "OPEC+” ölkələri ilə bərabər ABŞ-ın da neft hasilatını azaldacağı güman edilir.

 

Bəs, bu razılaşma dünyada neft qiymətlərini tezliklə artıracaqmı? Neftin sürətlə bahalaşacağı haqqında düşünmək üçün hələ tezdir. İlk növbədə ona görə ki, razılaşma tərəflərinin öhdəlikləri nə dərəcədə yerinə yetirəcəyi bilinmir. Əvvəlki razılaşmalarda tərəflər öhdəliklərə tam əməl edirdi. Lakin öncəki razılaşmalarda hasilatın gündəlik 1-1,5 milyon barel azaldılması nəzərdə tutulurdu. Maydan qüvvəyə minəcək yeni razılaşmada isə hasilat 9,7 milyon barel azaldılmalıdır. Bu, böyük öhdəlikdir və onun icra vəziyyəti neft qiymətlərinə eyni şəkildə təsir göstərəcək.

 

Açıqlanan statistik məlumatlardan görünür ki, hətta razılaşmaya tam əməl edilsə belə, neftin qiymətinin qısa müddətdə nəzərəçarpacaq dərəcədə yüksəlməsi real deyil. Çünki hasilat 9,7 milyon barel azaldılsa da yenə də təklif tələbdən xeyli çox olacaq. Mayın 1-nə qədər dünyada gündəlik neft hasilatı 95 milyon barel, gündəlik neft alışı 65 milyon barel təşkil edirdi. Hasilatın azaldılmasından sonra gündəlik istehsal 85 milyon barelə enəcək. Göründüyü kimi, yenə də aradan böyük fərq qalır. Apreldə fərqin böyük olması səbəbindən neft saxlanılan anbarlara xeyli miqdarda neft doldurulub. Həmin anbarların saxlanc imkanı gündəlik tələbatdan bir neçə dəfə çoxdur. Buna görə də yaxın bir neçə gündə qlobal bazarlarda neftin bahalaşması ya baş verməyəcək, ya da psixoloji gözləntilərin təsiri ilə bir qədər yüksələcək.

 

Mayda neftin bahalaşmasını çətinləşdirən tələbdəki artımın zəif olacağıdır. Məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində karantin rejimi tətbiq edilib. Hazırda dünya əhalisinin 4 milyard nəfərdən çoxu karantin rejimində yaşayır. Karantin rejiminin tətbiqi sərnişindaşınmanı kifayət qədər azaldıb. Eyni zamanda şəxsi nəqliyyat vasitələrindən istifadə səviyyəsini aşğı salıb. Bu amil nəqliyyat üçün yanacağın alışını xeyli zəiflədib.

 

Neft alan ölkələr onu daha çox avtomobil və təyyarə yanacağının istehsalı üçün istifadə edir. İdxal edilən neftin təxminən 80 faizi bu məqsədlə alınır. Bu əlaqədən irəli gələrək, karantin rejimində neftə tələb kəskin azalıb və hazırda neft bazarları alıcı böhranı yaşayır.

 

Buna görə də neftin bahalaşması üçün hasilatın azaldılması ilə bərabər neftə olan tələbin də artması lazımdır. Əksər proqnozlarda dünyada neftə olan tələbin may ayının üçüncü ongünlüyündə artacağı güman edilir. Həmin proqnozlara əsasən, mayın ayının son günlərində əksər ölkələr karantindən çıxacaq, amma xarici ölkələrlə əlaqələrə məhdudiyyət qalacaq. Xarici ölkələrlə məhdudiyyətlər isə iyunun sonunda aradan qalxacaq. Proqnozlaşdırılır ki, bu dinamikaya paralel olaraq neftə olan tələb də mayda bir qədər, iyunda isə nisbətən çox artacaq. Neftə tələbdə daha çox artım iyuldan müşahidə ediləcək.

 

Məhz iyulda tələbin daha çox artması ilə əlaqədar olaraq həmin aydan "OPEC+” ölkələri gündəlik hasilatdakı azalmanı 9,7 milyon bareldən, 7,7 milyon barel endirəcək.

 

Bütün ehtimalları nəzərə alaraq deyə bilərik ki, indiki qiymətlərlə müqayisədə ciddi artımı iyul-avqustdan müşahdiə edəcəyik. Həmim dövrdə neft qiymətlərinin 35-40 dollara yüksələcəyi güman olunur.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...