Neft mədənində yaralı kərkəs tapıldı - VİDEO

Neft mədənində yaralı kərkəs tapıldı - VİDEO
Neft mədənində tapılan yaralı kərkəs xilas edilib.

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, ayağından və qanadlarından yaralanan qara kərkəs Səbail rayonunda SOCAR-ın "Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin ərazisində tapılıb.

Belə ki, neft buruqlarının arasında köməksiz vəziyyətdə qalan nadir quş mədən ərazisinin mühafizəsini təşkil edən "Security Operatiyon Services” şirkətinin əməkdaşları xidmət etdikləri sahədə gəzərkən diqqətlərini çəkib.

Onlar quşu neft buruqlarının arasından götürüb şirkətin mərkəzi binasına gətirib. Quşa su və yem verilib. Daha sonra "Security Operatiyon Services” şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən quşun "Qırmızı Kitab”a daxil edilmiş qara kərkəs olduğu müəyyən edilib. Nadir quş nazirlik əməkdaşlarına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...