Neft Fondunun aktivləri: Neft ucuzlaşsa da aktivlər artıb

Neft Fondunun aktivləri: Neft ucuzlaşsa da aktivlər artıb
2020-ci il ərzində neftin kəskin şəkildə ucuzlaşmasından sonra Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin azalması proqnozlaşdırılırdı. Müxtəlif proqnozlarda aktivlərin dəyərinin 2019-cu illə müqayisədə 1,5-2 milyard dollar azalacağı güman edilirdi. Lakin ötən ilin yekunlarına dair açıqlanan statistik məlumatlar göstərir ki, ARDNF-in aktivləri nəinki azalmadı, əksinə bir qədər də artdı.

ARDNF-in verdiyi məlumata əsasən aktivlərin dəyəri 0,56% artaraq 43 milyard 564 milyon 300 min dollara bərabər olub. 2019-cu ilin sonunda Neft Fondunun aktivlərinin dəyəri 43,323 milyard dollar idi.

Sfera.az bildirir ki, ARDNF-in aktivlərindəki artım neft gəlirlərinin minimuma düşdüyü dövrdə baş verib. 2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7,382 milyard manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6,587 milyard təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə ARDNF mənfəət neftinin və qazın satışından 14,615 milyard manat gəlir əldə etmişdi. Ötən il bu mənbə üzrə gəlirlər 8 milyard manatdan çox azalıb.

2020-ci ildə neft və qaz satışından gəlirin minimuma düşdüyü bir vaxtda büdcə xərcləri 12,425 milyard manat təşkil edib. Ötən il Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri (1,98 milyard manat) nəzərə aldıqda belə büdcə gəlirləri (9,361 milyard manat) xərclərdən 3,1 milyard manatdan az olub.

Büdcədə 3,1 milyard manatlıq kəsirin yaranmasına baxmayaraq Fondun aktivləri artıb.

Aktivlərin artması valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına təmin edilib. Ötən il ARDNF-nin büdcədənkənar gəliri 3,474 milyard manat olub ki, bü da büdcədə yaranan kəsirdən çoxdur.

ARDNF bildirir ki, koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə Fondun büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş verib. 2020-ci ildə büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard dolları təşkil edib.

Neft Fondunun büdcədənkənar gəlirlərinin kəskin artması 2 amillə bağlıdır. Bunlardan birincisi qızılın bahalaşmasıdır, digəri isə dolların ucuzlaşmasıdır. Son bir ildə qızılın dəyəri orta hesabla 15 faiz yüksəlib. İlin əvvəlində bir troyan unsiyası 1635 dollar olan qızılın qiyməti ilin sonunda 1880 dollara satılıb.
 
ARDNF-in 101,8 ton qızılı var. İlin əvvəlində bu qədər qızılın qiyməti 5,35 milyard dollar olduğu halda, ilin sonunda 6,153 milyard dollara yüksəlib. Yalnız qızılın hesabına aktivlər 803 milyon dollar (1,365 milyard manat) artıb.
 
Qızılla yanaşı dolların ucuzlaşması da ARDNF-in aktivlərinin dəyərinə müsbət təsir göstərib. Fondun aktivlərinin təxminən 30 faizi digər valyutalarda, o cümlədən 20 faizdən çox hissəsi avroda saxlanılır. 2020-ci il ərzində dolların kursunun təxminən 8 faiz aşağı düşməsi digər valyutada olan 12,9 milyard dollarlıq aktivin dəyərinin 1 milyard dollar (1,7 milyard manat) bahalaşmasına səbəb olub. 

Beləliklə, qızılın bahalaşması və dolların ucuzlaşması 2020-ci ildə ARDNF-in büdcə kəsirinin artıqlanması ilə bağlanmasına, hətta aktivlərin bir qədər artmasına şərait yaradıb.
 
Vasif
Sfera.az
 
 
 

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...