Neft Fondu valyuta satışını azaltdı

Neft Fondu valyuta satışını azaltdı
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin mart ayı ərzində 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Sfera.az xəbər verir ki, bu barədə Neft Fondu məlumat yayıb. 

Fondun əvvəlki aylarda açıqladığı məlumatlardakı göstəriciləri nəzərə alsaq, məlum olur ki, valyuta satışı sürətlə azalır. Belə ki, yanvarda 644,9 milyon dollar xarici valyuta satan Fond satışı fevralda 437,3 milyon dollara, martda 397,7 milyon dollara qədər azaldıb. Martda satışın həcmi yanvardan 247,2 milyon dollar və ya 38,33 faiz azdır. 

Birinci rübdə, ümumilikdə, 1 milyard 479 milyon 900 min dollar dəyərində valyuta satıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR