Neft Fondu 3 aya 3 milyard dollar sata biləcəkmi? - Bu baş tutmasa...

Neft Fondu 3 aya 3 milyard dollar sata biləcəkmi? - Bu baş tutmasa...
2021-ci ilin ilk 9 ayında Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulan vəsaitin bir hissəsini satmaq mümkün olmayıb. 

Sfera.az bildirir ki, bu il Dövlət Neft Fondundan 7,176 milyard dollar dəyərində valyuta büdcəyə transfert edilməlidir. Amma yanvar-sentyabr ayları ərzində keçirilən hərracların nəticəsi göstərir ki, nəzərdə tutulan transfert vəsaitinin hamısı manata dəyişdirilməyib. İlk 9 ayda 5,38 milyard dollar dəyərində valyuta manata dəyişdirilməli olduğu halda cəmi 4,306 milyard dollar dəyərində xarici valyuta satılıb. Ötən dövrdə təxminən 1 milyard dollar dəyərində vəsaitə alıcı tapmaq mümkün olmayıb. 

İlin başa çatmasına 3 ay qalır. Nəzərdə tutulan vəsaitin tam köçürülməsi üçün hər ay orta hesabla 958 milyon dollar və ya 3 ayda 2,87 milyard dollar manata dəyişdirilməlidir. Sentyabrda keçirilən hərraclarda 565,5 milyon dollara alıcı tapılıb. 

Bəs, qısa müddətdə 3 milyard dollara yaxın vəsaiti satmaq mümkün olacaqmı? Banklar həmin vəsaitin hamısını almasa, hansı addımlar atıla bilər?

Qeyd edilən məsələ ilə bağlı Sfera.az saytına danışan iqtisadçı-ekspert Xalid Kərimli dedi ki, Neft Fondu dövlət büdcəsi qarşısındakı öhdəliklərə uyğun olaraq öz vəsaitlərini hərraca çıxarır və hərracda manata dəyişdirilən vəsait Maliyyə Nazirliyinin xəzinədarlığına göndərilir. Ekspert söylədi ki, hərracda kommersiya bankları ilə yanaşı Mərkəzi Bank da iştirak edir. Onun fikrincə, Mərkəzi Bank dolların dəyərdən düşməməsi üçün bazarda olan artıq dolları, o cümlədən Neft Fondunun təqdim etdiyi artıq vəsaiti alır. X.Kərimli hesab edir ki, əgər kommersiya bankları Neft Fondunun vəsaitini almasa, Mərkəzi Bank qalıq vəsaiti alacaq. 

Bununla belə həmsöhbətimiz başqa variantın da mümkün olduğunu dedi: 

"Ola bilər ki, bu il Neft Fondu nəzərdə tutulandan az vəsaiti büdcəyə köçürtsün. Bunun üçün ciddi əsaslar var. Belə ki, bu il həm büdcənin gəlirləri artıb, həm də xərclərdə qənaət var. 

2021-ci ilin birinci yarısında dövlət büdcəsinin icrası ilə bağlı açıqlanan məlumatlarda göstərilir ki, büdcə xərcləri 500 milyon manat az icra edilib. İlin yekununda da bəzi xərclər nəzərdə tutulduğu qədər olmaya bilər. Planlaşdırılan qeyri-sosial xarakterli xərclərin bəzilərinin ixtisarı mümkündür.
 
Eyni zamanda büdcənin vergi və gömrük gəlirləri xeyli artıb. Dövlət Vergi Xidmətinin xətti ilə toplanan vergi proqnozlaşdırılan məbləğdən 24,4 faiz çox olub. Dövlət Gömrük Komitəsinin də xətti ilə yığımlar artıb. Qiymət artımları həm idxalda, həm də daxili bazarda toplanan vergilərin məbləğinin artmasına təsir edib. Vergi və gömrük yığımları ikinci yarımildə də artarsa, mümkündür ki, Neft Fondundan transfertin məbləği artımlar qədər azaldılsın. Həm gəlirlərin artması, həm də xərclərin azaldılması hesabına Neft Fondundan transfertlərin məbləğinin azalmasına kömək edə bilər”.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...