""Neft bumu"nun bir daha qayıtması mümkünsüzdür"

 

"ABŞ Prezidenti Donald Tramp tvit atdı və neft bir gündə 6 faiz ucuzlaşdı".

"Yeni Sabah" bildirir ki, bu barədə iqtisadi ekspert Vüqar Bayramov qeyd edib.

Onun fikrincə, Trampın sentyabrdan etibarən idxal etdikləri Çin məhsullarına yeni verginin tətbiq edilə biləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir:

"Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də Brent markalı neftin bir bareli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir.

Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu, həmçinin "neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni "şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...