Neft bahalaşır: Manatın ucuzlaşması təhlükəsi aradan qalxdı?

Neft bahalaşır: Manatın ucuzlaşması təhlükəsi aradan qalxdı?
Artıq 2 aydan çoxdur ki, beynəlxalq birjalarda xam neftin qiyməti 50 dollardan yüksəkdir. Fevraldan isə Azərbaycanın ixrac etdiyi neftin dəyəri 60 dolları ötüb. Hazırda Azərbaycan nefti 65 dollara satılır.

Sfera.az bildirir ki, mövcud qiymətlər Azərbaycan üçün əlverişlidir. Çünki neftin qiymətinin 50 dolları ötməsi ölkəmizin xarici valyutada olan gəlirlərini xeyli artırır və bu, tədiyə balansında tarazlığı təmin etmək imkanlarını yaxşılaşdırır.

 

 

Ölkəmizin tədiyə balansında müsbət fərqə nail olmaq üçün hökmən xarici ticarət əməliyyatlarında profisit böyüməlidir. Azərbaycanın xarici ticarətində profisitin həcmi neftin qiymətindən asılı olduğundan "qara qızıl”ın dəyərinin qısa müddətdə 50 dollardan 65 dollara qədər yüksəlməsi sevindiricidir. Bu qiymətlə xarici ticarətdə müsbət fərq xeyli böyüyəcək.

 

 

Amma biz neft qiymətlərinin xarici ticarətdə əksini tədricən müşahidə edəcəyik. Çünki mövcud qiymətlər 2 aydan sonra satılacaq neftin qiymətidir. Beynəlxalq birjalarda neftin dəyəri bir qayda olaraq 45-60 gün sonrakı satışlar üçün müəyyənləşdirilir. Buna görə də yanvarda başa çatan ticarət əməliyyatları 2020-ci ilin noyabr ayındakı qiymətlərlə aparılıb. Ötən ilin noyabrda isə Azərbaycan neftinin orta qiyməti 45 dollar səviyyəsində olub.

 

Ümumiyyətlə, noyabrın əvvəlindən neft qiymətlərinin bizim üçün əlverişli olan səviyyə doğru dəyişməsinin şahidi oluruq. Noyabrın əvvəlində 36 dollar olan Azərbaycan neftinin qiyməti ayın sonunda 47 dolları ötüb.

 

 

Neft qiymətlərindəki müsbət dinamika aylar üzrə satılan neftin dəyərində də öz əksini tapıb. Belə ki, 2021-ci ilin noyabrında satılan neftin bir tonunun orta qiyməti 287 dollar olduğu halda dekabrda 301 dollara, yanvarda 338 dollara yüksəlib. Yalnız 2 ay ərzində satış qiymətində 51 dollar və ya 18 faizə yaxın artım baş verib. Mövcud qiymətləri nəzərə alsaq, qarşıdakı iki ayda (fevral və martda) neftin bir tonunun satış qiyməti bir qədər də artacaq və 500 dollara çatacaq.

 

Neftin bahalaşması neft məhsullarının və təbii qazın da dəyərinin artmasına əsas yaradır. Bu baxımdan bahalaşan neft sadəcə xam neft gəlirlərini yox, həm də neft məhsulları və təbii qaz üzrə gəlirləri yüksəldəcək.

 

 

Qiymətlərin yüksəlməsi ilə paralel olaraq Azərbaycanın ixrac etdiyi xam neftin və kondensatın da miqdarı artır. OPEC+ çərçivəsində əldə edilən razılaşma xam neft hasilatına aiddir, kondensat hasilatını artırmağa məhdudiyyət gətirmir. Bu səbəbdən 2020-ci ilin noyabrından başlayaraq Azərbaycanın kondensat hasilatı artır. Oktyabrda gündəlik hasilat 88,2 min barel olduğu halda, noyabrda 102 min barelə, yanvarda 159 min barelə yüksəlib.

 

 

Kondensat hasilatının artması təbii qaz hasilatının artması ilə bağlıdır. Avropaya qaz ixracına başlanılması qazla bərabər kondensat hasilatının da artırılmasına imkan yaradıb.

 

 

Yanvardan həm də gündəlik neft hasilatı artıb. Dekabrda günlük 587 min barel neft hasil edən Azərbaycanda yanvarda gündəlik hasilatı 593 min barelə qaldırıb.

 

 

Neft bazarındakı mövcud vəziyyət onu deməyə əsas verir ki, qarşıdakı aylarda Azərbaycanın neft və kondensat hasilatı ilə yanaşı ixracı da artacaq, eyni zamanda satılan xammalın dəyəri əlverişli səviyyədə qalacaq. Bu vəziyyət Azərbaycanın xarici valyutada olan gəlirlərinin xeyli yüksəlməsinə şərait yaratmaqla tədiyə balansındakı kəsiri tam bağlamağa və profisiti təmin etməyə kömək edəcək.

 

 

Tədiyə balansının müsbət olması monetar vəziyyəti də yaxşılaşdırır. Müsbət balans manatın məzənnəsində sabitliyi təmin etməyi asanlaşdırır. Son vaxtlar Azərbaycanın valyuta bazarında dollara cari tələbin zəifləməsi də bununla bağlıdır. Neftin bahalaşması sadə vətəndaşlarda, sahibkarlarda manatın ucuzlaşması gözləntisini aradan qaldırıb.

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...