“Neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə çökəcək...”

“Neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə çökəcək...”
 "Neftin büdcədə 55 dollar götürülməsinin təsirləri başqadır, neft 30 dollar olsa, bu o demək deyil ki, büdcə bu il çökəcək, bu il maaş-təqaüd verilməyəcək”. 
 

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Onun sözlərinə görə,  ölkədə büdcə 49 faiz Neft Fondundan birbaşa transfertlə, 11 faizə yaxın isə neft sektorundan gələn vergilərlə formalaşır. Neft 30 dollar da olsa büdcə öhdəliyi yerinə yeririləcək - Neft Fondundan bu il büdcəyə nəzərdə tutulan 11,350 milyard manat köçürüləcək, bunun qiymətə dəxli yoxdur. 

"Ucuz qiymətə görə büdcə neft sektorundan 500 mln. manat daha az vergi daxil olacaq ki, bu da ciddi faciə deyil”, -deyə ekspert vurğulayıb.

Bəs neftin 55 dollar götürülməsinin əsas zərbəsi nədə hiss olunacaq? Natiq Cəfərlinin fikrincə, əsas problem Neft Fondunun büdcəsində olacaq: "Bu il Neft Fondunun büdcəsinin gəlir hissəsi 12,384 milyard manat təsdiqlənib və bu gəlir qiymətin ortalama 55 dollar olması varsayımı ilə hesablanıb. Qiymət 35 dollar olsa Neft Fondunun gəlirləri, təqribən 5 milyard manat azalacaq, kəsr yaranacaq, çünki bu il üçün xərclər ümumən 11,590 milyard manat nəzərdə tutulub. Deməli, Neft Fondu öz ehtiyatlarından xərcləməli olacaq”. 

Ekspert Neft Fondunun aktivlərində əsas hissənin dollarla olmasına diqqət çəkərək bildirib ki, dünyada dollar da düşür. Bundan başqa, Neft Fondunun qiymətli kağızlarda və daşınmaz əmlakda olan aktivləri də ucuzlaşır. "Düzdür, qızılda artım var, amma qızılda olan aktivlər itkiləri kompensasiya etmir”, - deyə Natiq Cəfərli əlavə edib. 

Ekspert hesab edir ki, ölkədə nəzərə alınmayan gəlirlər və manatla pul ehtiyatı var. Hazırkı situasiyada bu pul kütləsinin dollarla əvəzlənməsi başlayacaq. "Banklar da əllərində olan sərbəst manatı dollara çevirəcəklər - deməli manat təzyiq altında olacaq”, - deyə Natiq Cəfərli əlavə edib. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...