Neft 2 faiz bahalaşıb
12:40 / 26.05.2020
1605
Dünya bazarlarında neft qiymətləri yüksəlib.
Sfera.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:30-da Brent nefti 2,03% bahalşama ilə 36,25 dollardan Qərbi Texas nefti isə 3,3% bahalaşma ilə 34,36 dollardan alıcı tapıb.
Son bir neçə ayda ABŞ-Çin əlaqələri koronavirus pandemiyasından insan haqlarınadək bir sıra məsələdə anlaşılmazlığa görə daha da pisləşib. Gərginliyin artması neftin bahalaşmasını məhdudlaşdırır.