“Nə vaxta qaldı...” – Sənədsiz evlər probleminin həllini yubadan səbəblər

“Nə vaxta qaldı...” – Sənədsiz evlər probleminin həllini yubadan səbəblər


"Bəzi məmurlar prosesi əvvəlki qaydalarla həll etməyə çalışırlar ki, bu da onlar üçün əlavə korrupsiya mənbəyi rolunu oynayır”.


Bu sözləri Sfera.az-a açıqlamasında qeydiyyatsız evlərə çıxarışın verilməsi, prosesin həlli yollarına toxunan iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Məsələnin həllində zamana ehtiyac olduğunu vurğulayan ekspert prosesi olduqca mürəkkəb adlandırıb:


"Bu heç də sadə məsələ deyil. Prosesin yubanmasında obyektiv və subyektiv amillər rol oynayır. Bəzi mənbələrə görə sənədsiz evlərin sayı 700 minə yaxındır. Əgər belə bir sayı göz önünə gətirsək, problemin çözümündə obyektiv səbəb kimi zamanı nəzərə almalıyıq. Bunun üçün kifayət qədər vaxt tələb olunur. Bu evlərin çertyojlarının çəkilməsi, kodastra daxil edilməsi və sənədlərin hazırlanması zaman tələb edən məsələdir”.


Ekspert hesab edir ki, bəzi məmurlar sənədsiz evlərə çıxarışın verilməsini əlavə korrupsiya mənbəyinə çevirmək istəyəcəkləri və bunun qarşısını almaq üçün tədbirlərə ehtiyac duyulacağını söyləyib:

 

 

"Məsələnin həllini tapmasında subyektiv səbəb kimi isə əlaqədar qurumların maraqları var ki, bunların hamısı prosesin gedişinə təsir edir. Bəzi məmurlar prosesi əvvəlki qaydalarla həll etməyə çalışırlar ki, bu da onlar üçün əlavə korrupsiya mənbəyi rolunu oynayır. Bu kimi hallar düşünürəm ki, qeydiyyatsız evlərə çıxarışların verilməsini, onların rəsmiləşdirilməsini ləngidən başlıca səbəblərdir. Prosesin hansı zamana qədər uzanmasına gəldikdə isə bu birbaşa olaraq əlaqədar dövlət qurumlarının işinə yanaşma məsuliyyəti və mənzil sahiblərinin də onlarla birbaşa kontaktda olmasından, səmərəli qarşılıqlı fəaliyyətdən asılıdır”.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...