“Nə var e, Ələsgər, Ələsgər...” – Alen Delonla filmə çəkilən Əsgər Məmmədoğlunun acı həyat hekayəsi

“Nə var e, Ələsgər, Ələsgər...” – Alen Delonla filmə çəkilən Əsgər Məmmədoğlunun acı həyat hekayəsi
Bu gün mərhum aktyor, Azərbaycanın "Çelentano”su adlandırılan Əsgər (Ələsgər) Məmmədoğlunun doğum günüdür.
 
Sfera.az məşhur aktyorun kədərli həyat hekayəsini təqdim edir:

Görünüşü ilə daim diqqət çəkən, rejissorların tam kəşf edə bilmədiyi aktyor Əsgər Məmmədoğlu 1946- cı ildə Bakının Kubinka məhəlləsində çoxuşaqlı ailədə doğulub. Aktyor 12 yaşında atasını itirir və evin bütün yükü onun üzərinə düşür. O, küçələrdə tum və dondurma sataraq ailəni dolandırır. Uşaqlıqdan aktyor olmaq həvəsi onu sənətə gətirir. Anasının ciddi müdaxilələrinə baxmayaraq, o, aktyor olmağa qərar verir. 1975 -ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən Əsgər Məmmədoğlu bundan sonra ailə həyatı qurur.

Əsgər Məmmədoğlu Ələsgərə necə çevrilir?


1976- cı ildə, 30 yaşında sevdiyi xanım Nazilə ilə ailə həyatı qurur. Onun bu evlilikdən 2 övladı - bir qızı və bir oğlu olur. Zahiri görkəminə görə, onu İtalyan aktyoru Çelentanoya bənzədirlər. "Bəyin oğurlanması”, "Alma almaya bənzər”, "Qərib Cinlər diyarında”, "Yol əhvalatı”, "Qəm pəncərəsi”, "Məhəllə” kimi məşhur filmlərdə rol alır. Ancaq ona ən çox məşhurluq gətirən "Bəyin oğurlanması” filmindəki "Ələsgər”obrazı olur. Bu ad xalq arasında daha çox sevildiyindən elə adı da Ələsgər olaraq qalır.
 
Ümumiyyətlə kariyerası dövründə bir dəfə də olsa kinoda baş rola çəkilmir. Epizodik rollara çəkilən aktyor, bununla bağlı rejissorlara da müraciət etmir. Müsahibələrinin birində "nədən baş rolllara çəkilmək istəmirsiniz?” sualına aktyor gülərək cavab verir: "Baş rolların mətnini əzbərləyə bilmirəm. Mənimki odur ki, səhnəyə girim, tamaşaçının əhvalını qaldırım və çıxım gedim ”. 
 
Dünya şöhrətli fransız aktyoru Alen Delonla eyni filmə çəkilir...


Getdikcə sevilməyə başlayan aktyora SSRİ, Fransa və İsveçrə istehsalı olan "Tehran 43” filminə çəkilmək təklifi gəlir. Gənc qızların sevimlisinə çevrilən Alen Delonla eyni filmdə çəkilmək Əsgəri biraz da ruhlandırır. Təklifi dəyərləndirən aktyor filmə çəkilsə də, burada ona hörmətsizlik edirlər. Çünki çəkildiyi səhnələrin demək olar ki, çox hissəsi filmdən çıxarılır. Bu hadisədən sonra dərin sarsıntı keçirən aktyor özünə qapanır.  
 
2002 ci ildə "Əməkdar artist” adına layiq görülür. Ancaq ən böyük arzusu "Xalq artisti” adını almaq olur. Lakin o adı almaq aktyora qismət olmur. Sonuncu çəkildiyi film "Xoxan”-dan sonra aktyorun səhhətində ciddi problemlər yaranır.

Səhhətindən heç zaman şikayətlənməyən aktyorun burnundan qəfil qan açılır...
 
Ona insult diaqnozu qoyulur. Televiziya proqramlarından birində qonaq olan Əsgərin burnundan qəfil qan açılır. Efiri yarımçıq tərk edən Əsgəri xəstəxanaya çatdırırlar. Onun qaraciyərində xərçəng tapılır. Həyat yoldaşı və uşaqları onun xəstəliyini bilsə də, bunu aktyordan gizlətməli olurlar. 40 gün xəstə yatan aktyorun səhhəti getdikcə ağırlaşır. Həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, o 2015-ci ildə 69 yaşında dünyasını dəyişir. Əsgər Məmmədoğlu öz vəsiyyətinə görə, anasının yanında "Qurd qapısı” qəbiristanlığında dəfn edilir.
 
Jalə Mehdi
Sfera.az
 
 
 
 
 
 
 
                                    
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...