Nə üçün çox xurma yemək olmaz? - Bilmədiyiniz TƏHLÜKƏ

Nə üçün çox xurma yemək olmaz? - Bilmədiyiniz TƏHLÜKƏ

Xurma ən faydalı meyvələrdən biri sayılır. Xurma ürəyin sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.

Lakin bütün bu faydalı xüsusiyyətlə yanaşı xurmanın çoxlu miqdarda istehlakı bəzən çox ağır fəsadlara səbəb ola bilər.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, xurma güclü büzücü təsirə malik olan tanin maddəsi ilə zəngindir. Tanin mədə və bağırsaqlarda qidalı liflərlə birləşəndə bərk kütlə əmələ gəlir. Əgər birdən birə çoxlu miqdarda xurma yeyən insanın mədə-bağırsaq sisteminin  motorikası zəifdirsə, mədə şirəsinin turşuluğu aşağıdırsa, həzm sistemi xəstəliyi varsa, belə kütlə mədə və ya bağırsaqda "ilişə" bilər, bağırsaq keçməməzliyi yarana bilər. Tibdə buna "fitobezoar" deyilir. Bu kifayət qədər təhlükəli vəziyətdir  ki, onu əksər hallarda cərrahi yolu ilə müalicə edirlər - bağırsaq kəsilir və bezoar oradan çıxarılır.

Bu səbəbdən mütəxəssislər xurmanı yeməkdən dərhal sonra deyil, yeməklər arası yeməyi, gün ərzində 1-2 xurmadan artıq yeməməyi tövsiyə edirlər. Həmçinin xurmadan sonra süd, qatıq, yoqurt və s. zülallarla zəngin olan məhsulları yemək olmaz ki, bu halda bezoarın əmələ gəlməsi riski artır.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...