"Nə "Lotu Quli, kimdi axı bu adam..." - Pentensiar Xidmətin rəis müavinindən qəzəbli açıqlama

zərbaycanın ən nüfuzlu "qanuni oğru”larından birinin həbsxanada ad günü keçirilib.

Savash.org xəbər verir ki, Modern.az saytının xarici mediayaya istinadən məlumatına görə, təntənəli mərasimin qəhrəmanı "oğru” aləmində "Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdur.

"Bu gün oğru anadan olub! – deyə mərasimdəkilərdən biri "malyava” oxuyur. "Sizi alqışlayır, həbsdəkilər! Sizi şad görməkdən məmnunuq, sizə cansağlığı arzulayırıq. Qardaşlar, bu gün bizim böyük qardaşımız – "qanuni oğru” Qulinin ad günüdür. Gəlin yığışaq və onu sağlığına bir fincan "çifir” qaldıraq, ona uzun ömür arzulayırıq, uğurlar, çox yaşa, çoxlu qələbələrin olsun! Bizə göstərilən diqqətə görə minnətdarlığımızı bildirirk. Öz növbəsində, o da bütün vicdanlı insanları salamlayır”.

Bütün bunlardan sonra mərasimdəki qışqırıblar: "Allah Quliyə cansağlığı versin! "Oğrulara həyat!”.

Həbsxana rəhbərliyinin bu mərasimə reaksiyası haqda məlumat verilmir.

Azərbaycanın ən nüfuzlu "qanuni oğru”larından sayılan Nadir Səlifov hazırda uzunmüddətli çəzasını çəkir. Hələ 1996-cı ildə, 27 yaşında Azərbaycanda adam oğurluğu, qanunusuz silah saxlama və zorakılıq ittihamları ilə həbs edilib.

İndi onun 43 yaşı var və 27 yaşında "taclandırılıb”. O, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, "oğru” aləmində "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov bu yaxınlarda İstanbulda qətlə yetirilən digər azərbaycanlı "qanuni oğru", "Rövşən Lənkəranski" ləqəbi ilə tanınmış Rəvşən Canıyevlə "qanlı bıçaq" olub. "Oğru aləmi"ndə həmişə bir-birinə düşmən gözü ilə baxan bu avtoritetlərin adamları arasında bir neçə dəfə ciddi dava-dalaş baş verib.

Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı adı qeyd edilən həbsxanada belə mərasimin baş tutmasını xəbərinin doğru olub- olmadığını öyrənmək üşün, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədovla əlaqə saxlayıb. O saytımıza qısa açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib.

"Bunlar boş boş söhbətlərdi. Nadir Səlifov(Lotu Qulu) kimdi. Kimdi bu adam.. Bizi belə şeylərə görə narahat etməyin. Bunlar yalan, boş- boş məlumatlardı.”

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...